Məhkəmə qərarları › İş №3(039)-430/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-430/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-430/2021 17.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 06 aprel 2021-ci il tarixdə saat 10.45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonu Qaraoğlan kəndi ərazisindən keçən 273-cü kilometrliyində sürücü Şəxs idarə etdiyi OPEL ASTRA minik markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə qarşısı ilə hərəkətdə olan sürücü X3 idarə etdiyi VAZ 21074 minik markalı, ** KO *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, VAZ 21074 minik markalı avtomobil əks istiqamətə çıxaraq Nissan X-Trail minik markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 21074 minik markalı avtomobilin sürücüsü X5 və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran xəsarət almışlar. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 06 aprel 2021-ci il tarixdə saat 10:45 radələrində idarə etdiyi OPEL ASTRA minik markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı- Şamaxı-Yevlax yolu ilə Yevlax rayonu Qaraoğlan kənd ərzisindən Yevlax şəhər istiqamətində hərəkətdə olan zaman idarə etməni itirdiyindən onun idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillə toqquşmuşdur. Nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X5 telefon vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, 06 aprel 2021-ci il tarixdə saat 10.45 radələrində idarə etdiyi VAZ 21074 minik markalı, ** KO *** qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Qaraoğlan kəndi ərazisində hərəkətdə olan zaman OPEL ASTRA minik markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil gəlib onun avtomobilini vuraraq toqquşmuşdur. Həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs da avtomobildə olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində hər ikisi yüngül bədən xəsarətləri almışlar. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs inzibati xəta törətmiş şəxs Şəxs heç bir şikayəti yoxdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 22.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Birliyinin 12.04.2021-ci il tarixli 162 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət sağ dirsək oynağının dərialtı hematoması, sol yanağın sıyrığı aşkar edilmiş, həmin xəsarətin qeyd edilən günü yəni, 06.04.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, həmin xəsarətlər küt alətlərin təsirindən əmələ gəlmişlər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Birliyinin 09.04.2021-ci il tarixli 167 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət sol aşıq-daban oynağı kəskin şişkinliyi, sol əlin əzilmiş yarası, sifətin sol yarısının sıyrığı aşkar edilmiş, həmin xəsarətin qeyd edilən günü yəni, 06.04.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, həmin xəsarətlər küt alətlərin təsirindən əmələ gəlmişlər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş AE 227915 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs B dərəcəli sürücülük vəsiqəsi var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Zərərçəkmiş şəxslərin Şəxs heç bir şikayət və tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri iş materiallarında olan ekspert rəyləri, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.04.2021-ci il tarixli qərarı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati xətanın xarakterini və mahiyyətini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1989-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Şəkili kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar