Məhkəmə qərarları › İş №3(039)-431/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-431/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-431/2020 02.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x1, barəsində inzibati icraat aparılan şəxs x2 iştirakları ilə, 09.06.1987-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri, Neftkəməri küçəsində qeydiyyatda olan və yaşayan x2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 01 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x5 01 iyul 2020-ci il tarixdə saat 16:15-də Yevlax şəhəri, Nizami prospektində karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x6 çıxış edərək bildirmişdir ki, x5 01 iyul 2020-ci il tarixdə saat 16:15-də Yevlax şəhərində karantin rejimi qaydasını pozaraq SMS icazə almadan evini tərk etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb karantin qaydasını pozmamağa dəvət etsələr də o, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş x5 özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 01 iyul 2020-ci il tarixdə aptekə xəstə olan anasına dərman almağa gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq SMS icazəsinin olub-olmadığını soruşduqda o, cavab olaraq icazəsinin olmamasını və aptekə anasına dərman almağa getdiyini bildirmişdir. Bu zaman polis əməkdaşları ona xidməti avtomobilə əyləşməyi və ona aptekə aparacaqlarını təklif etsələr də, o avtomobilə əyləşməkdən imtina edərək əlavə başqa işinin olduğunu və başqa yerə gedəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu karantin qaydalarını pozmamağa və evinə qayıtmağı təklif etmişlər. Lakin o, işinin olduğunu və daha sonra evinə gedəcəyini bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı x7 çıxış edərək bildirmişdir ki, 26 iyun 2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar Daxili Qoşunların iki əməkdaşı ilə birlikdə Yevlax şəhəri Nizami prospektinə xidmətdə olan zaman saat 16:15-də bir nəfər vətəndaşın küçə ilə hərəkət etdiyini görüb ona yaxınlaşaraq həmin vətəndaşdan SMS icazəsinin olub-olmamasını soruşmuşdur. Lakin həmin vətəndaş SMS icazəsinin olmamasını və aptekə anasına dərman almağa getdiyini bildirmişdir. Bundan sonra o, həmin vətəndaşa icasəzis çıxdığını görə xidməti avtomobilə əyləşməyi və istədiyi aptekə aparıb dərman almağı təklif etmişdir. Lakin həmin vətəndaş müxtəlif bəhanələr gətirərək başqa yerə gedəcəyini bildirdikdə ona qaydaları pozmayaraq yaşadığı evə qayıtması barədə xəbərdarlıq etmişdir. Lakin həmin vətəndaş onun qanuni tələbinə baxmayarq yaşadığı evinə qayıtmayacağını bildirmişdir. Bundan sonra həmin vətəndaş evinə getməyərək karantin qaydalarını pozduğu üçün tərəflərindən saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 01 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x5 01 iyul 2020-ci il tarixdə saat 16:15-də Yevlax şəhəri, Nizami prospektində karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı x3 01.07.2020-ci il tarixli raportundan görünür ki, 01.07.2020-ci il tarixdə saat 16:15-də Yevlax şəhəri Nizami prospektində Daxili Qoşunların iki əməkdaşı ilə birlikdə vətəndaşlara karantin qaydalarına əməl etmələri bidirilən zaman bir nəfər vətəndaşa evinə getməsi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin vətəndaş ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Onlar həmin vətəndaşı nizam-intizama dəvət etmələrinə baxmayaraq, vətəndaş polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir; 01 iyul 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, x5 01 iyul 2020-ci il tarixdə, saat 17:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın x5 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, x4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: x5 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 01 iyul 2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar