Məhkəmə qərarları › İş №3(039)-434/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-434/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-434/2021 05.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN seriyalı ******* saylı, 05 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs 04 may 2021-ci il tarixdə saat 21.30 radələrində Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Turan” şadlıq sarayının qarşısında ucadan nalayiq söyüşlər işlətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin sahə rəisi polis leytenantı X3 izah etdi ki, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Eşqin Şəmiyev post yoldaşı polis kiçik serjantı Mirrəhim Rəhimli ilə birlikdə xidmətdə olan zaman 04 may 2021-ci il tarixdə saat 21.30 radələrində Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Turan” şadlıq sarayının qarşısında bir nəfər şəxsin ucadan nalayiq söyüşlər işlətdiyinin şahidi olmuşlar, ona yaxınlaşıb özlərini təqdim edərək nizamintizama dəvət etmişlər. Lakin vətəndaş öz hərəkətlərini davam etdirdiyi üçün rayon polis şöbəsinə gətirilmiş və məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında yaşayan Şəxs Muxdar oğludur. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 04 may 2021-ci il tarixdə dostunu Yevlax rayonu Aran qəsəbəsinə gətirmişdir. Həmin gün saat 21.30 radələrində Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Turan” şadlıq sarayında biraz spirtli içki içmişdir. Sərxoş vəziyyətdə olduğundan etdiyi hərəkətləri dərk etməmiş, nalayiq idadələr, ünvansız söyüşlər söymüşdür. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmandır. Söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X7 izahatında bildirdi ki, post yoldaşı polis kiçik serjantı Mirrəhim Rəhimli ilə birlikdə xidmətdə olan zaman 04 may 2021-ci il tarixdə saat 21.30 radələrində Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Turan” şadlıq sarayının qarşısında bir nəfər şəxsin ucadan nalayiq söyüşlər işlətdiyinin şahidi olmuşlar, ona yaxınlaşıb özlərini təqdim edərək nizam-intizama dəvət etmişlər. Lakin vətəndaş onlara məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirdiyi üçün rayon polis şöbəsinə gətirilmiş və məlum olmuşdur ki, həmin şəxs ünvan 4 ünvanında yaşayan Şəxs Muxdar oğludur. Bu barədə raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 04 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Muxdar oğlu həmin tarixdə saat 22.10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 04 may 2021-ci il tarixli 80 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs Muxdar oğlu yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Muxdar oğlunun, Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 və şahid Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Muxdar oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Muxdar oğlunun haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Muxdar oğlunun əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Muxdar oğlunun inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Muxdar oğlunun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Muxdar oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəki şəhəri, G.Vahabova küçəsi, ev 39A-da qeydiyyatda olan, Şəki şəhəri, S.Rəhman küçəsi, ev 15A-da yaşayan Şəxs Muxdar oğu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar