Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-436/2020 06.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru x3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri F.Əlizadə küçəsi ev 36-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 05 iyun 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri Çənlibel qəsəbəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da x5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Saleh Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar 21 iyun 2020-ci il tarixdən 05 iyul 2020-ci il tarixədək sərtləşdirilmiş xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə 05 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində polis sahə rəsi, polis kapitanı x12 şəhəri Çənlibel qəsəbəsində yerləşən parkda Daxili Qoşunların 2 əməkdaşı ilə birlikdə vətəndaşlara “evdə qal” kompaniyasın qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman bir nəfər şəxsin dəfələrlə evinə getməsi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdiridiyi üçün onu Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra polis sahə rəisi, polis kapitanı x12 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 05 iyun 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri Çənlibel qəsəbəsində yerləşən parkda təmizlik işləri apararkən həmin ərazidə xidmət aparan polis əməkdaşı və Daxili Qoşunların 2 əməkdaşı ona dəfələrlə evə getməsini bildirdikdə həmin şəxslərə parkda yeyib-içdikdən sonra qalan lazımsız əşyaların yığışdırılması barədə iradını bildirdiyinə görə polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Ailəlidir, himayəsində azyaşlı uşaqlar var, 2-ci qrup əlildir. Səhvini başa düşür, törətdiyi inzibati xətadan səmimi peşmandır. Polis sahə rəisi, polis kapitanı x8 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 05 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri Çənlibel qəsəbəsində parkda Daxili Qoşunların 2 əməkdaşı ilə birlikdə vətəndaşlara “evdə qal” kompaniyasın qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman bir nəfər şəxsə dəfələrlə evinə getməsi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi nizamintizama dəvət etmələrinə baxmayaraq o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında x2 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin x4 x7 x9 20 iyun 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının x4 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. İşdə olan 05 iyul 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 05 iyul 2020-ci il tarixdə saat 12:00-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru x3 çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 211.1 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 150 (yüz əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-436/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-436/2020
06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver