Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-436/2021 08.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Yevlax rayon polis şöbəsinin inzibati tənbeh varmə haqqında 28 aprel 2021-ci tarixli MN ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon polis şöbəsinin inzibati tənbeh varmə haqqında 28 aprel 2021-ci tarixli MN ******* saylı qərarından X1 daxil olmuş şikayətini nəzərdən keçirib hesab edir ki, verilmiş şikayət onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.11.2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Məhkəmə qeyd edir ki, verilmiş şikayət onu vermiş şəxs tərəfindən imzalanmadığından şikayət onu tərtib etmiş fiziki şəxsə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunan qanunverilciliyin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax rayon polis şöbəsinin inzibati tənbeh varmə haqqında 28 aprel 2021-ci tarixli MN ******* saylı qərarından verilmiş şikayət X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-436/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-436/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver