Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-437/2020 06.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x4, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru x3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Göyçay şəhəri Nəsimi küçəsi ev 17-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 06 iyul 2020-ci il tarixdə saat 00:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələblərinə qəsdən tabe olamamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru Saleh Məmmədov bildirmişdir ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə əlaqədar 05 iyul 2020-ci il tarixdən, 20 iyul 2020-ci il tarixədək sərtləşdirilmiş xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə 06 iyul 2020-ci il tarixdə saat 00:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polis nəfəri, polis serjantı x1 Qoşunların 2 əməkdaşı ilə birlikdə vətəndaşlara “evdə qal” kompaniyasına qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman, bir nəfər şəxsin dəfələrlə evinə getməsi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfəri, polis serjantı x2 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 06 iyul 2020-ci il tarixdə saat 00:30 radələrində tibbi maskadan istifadə etməklə Bərdə şəhərində Göyçay şəhərinə gedən zaman Yevlax şəhərində yerləşən “Neptun” supermarketin yanında avtomobildən düşüb su almaq istəyən zaman iki hərbi qulluqçunun supermarketin yanında tibbi maskasız dayandığını görüb onlara öz iradını bildirmiş, həmin vaxt supermarketdən tibbi maskadan qaydaya uyğun olmayan formada istifadə edən polis əməkdaşı çıxıb onun qolunu bururaq itələyib post patrul avtomaşınına mindirib Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Yevlax Rayon Polis Şöbəsində onu səhərə kimi saxlayıb döymüşlər. Polis nəfəri, polis serjantı x6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə əlaqədar 05 iyul 2020-ci il tarixdən, 20 iyul 2020-ci il tarixədək sərtləşdirilmiş xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə 06 iyul 2020-ci il tarixdə saat 00:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Neptun” supermarketin qarşısında Daxili Qoşunların 2 əməkdaşı ilə birlikdə vətəndaşlara “evdə qal” kompaniyasına qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman, bir nəfər şəxs tibbi maskadan istifadə etmədən sərxoş vəziyyətdə onlara yaxınlaşaraq ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq, onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün onu Yevlax Rayon Polis Şöbəsinə gətirilmişlər. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Polis sahə rəisi, polis mayoru x7 məhkəmə iclasında şahid Gündüz Mehtiyevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan 06 iyul 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 06 iyul 2020-ci il tarixdə saat 00:10-dan inzibati qaydada tutulmuşdur. İşdə olan 123 №-li, 06 iyul 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 06 iyul 2020-ci il tarixdə saat 01:06-da yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə iclası zamanı Şəxs verdiyi ifadə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş video diskə Şəxs iştirakı ilə baxış keçirilən zaman onun tibbi maskadan istifadə etmədiyi, polis əməkdaşlarının və hərbi qulluqçularının tibbi maskadan istifadə etməsi və Şəxs polis əməkdaşının qanuni tələbinə riayət etməməsi müəyyən edilmişdir. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsində təqsiri şahid ifadələri, video disk, polis sahə rəisi, polis mayoru x5 tərəfindən tərtib edilmiş MN ******* №-li, 06 iyul 2020ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni 06 iyul 2020-ci il tarixdən saat 00:10-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-437/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-437/2020
06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver