Məhkəmə qərarları › İş №3(039)-437/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-437/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-437/2021 08.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Yevlax Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli, 2(039)-128/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs yaranmış 850 manat aliment borcu tələb olunsa da, hal-hazırda həmin pulu ödəməkdən yayınmışdır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində 08 may 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli, 2(039)-128/2020 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində Elektron İcra Sisteminə edilmiş axtarış nəticəsində bölməyə məlum olmuşdur ki, borclu Şəxs Bərdə rayon ərazisində yerləşən “Ramiz” firmasında operator vəzifəsində çalışır və 250 manat əmək haqqı alır. Bununla əlaqədar 19 fevral 2021-ci il tarixdə “Ramiz” firması tərəfindən borclu Şəxs əmək haqqısından 70%-i tutularaq tələbkara ödənilməsini təmin etmək üçün təklif göndərilmiş, lakin borclunun əmək haqqısından tələbkarın xeyrinə heç bir tutulma edilməmişdir. İcra vəziyyəti ilə əlaqədar məlumatın alınması üçün həmin hüquqi şəxsə 2021-ci ilin aprel ayında təkrar məktub göndərilmiş, lakin hazırda cavab gəlməmişdir. Borclu tələbkara olan borcundan ödəniş etməmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli, 2(039)-128/2020 saylı icra vərəqəsinə əsasən ondan 850 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Maddi durumu yaxşı olmadığından borcundan ödəniş etməmişdir. Hazırda “Ramiz” firmasında operator vəzifəsində işləyir və aylıq 250 manat əmək haqqı alır. Borcu ödəməkdən imtina etmir. Hər ay tələbkarın xeyrinə müxtəlif məbləğdə ödənişlər edib, lakin son zamanlar maddi çətinliklər olduğundan ödəniş etməmişdir, nəticədə 850 manat borcu yaranmışdır. Borcundan hər ay 50 manat ödəniş edəcəkdir. Bundan başqa borcun ödənilməsi üçün əmək haqqının 70%-nin tutulmasına razıdır. Məhkəmədən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək hazırda borclu Şəxs şikayətçi olduğunu bildirmiş, işə iştirakı olmadan baxılmasını və borclu barədə tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. İşdə olan Elektron İcra Sisteminin portalından məlum olur ki, Şəxs Bərdə rayon ərazisində yerləşən “Ramiz” firmasında operator vəzifəsində işləyir və 250 manat əmək haqqı alır. Borcun ödənilməsindən imtina etmir. Borclu borcun ödənilməsindən qərəzli yayınmır. İcra məmuru tərəfindən Azərbaycan Respublikası İcra Haqqında qanununun 43.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun əmək haqqısına yönəldilmə kimi məcburi tədbir görülmüşdür. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və inzibati xəta törədən Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar