Məhkəmə qərarları › İş №3(039)-438/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-438/2020

17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-438/2020 17.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı x8, Zərər çəkmiş şəxs x3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 15:30 radələrində Yevlax rayonu Qaraməmmədli kəndində yaşadığı evin yaxınlığında qonşusu x4 döymüşdür. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Xəyal Səlimli bildirmişdir ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 15:30 radələrində Yevlax rayonu Qaraməmmədli kəndində yaşadığı evin yaxınlığında qonşusu x4 döymüşdür. Ağca Məmmədovanın ərizəsi əsasında toplanmış material üzrə Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğlu cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, Rusif Məmmədov və Ağca Məmmədova dəfələrlə onun və qzılarının haqqında nalayiq söyüşlər etmişdir. Rusif Məmmədov hər gün yaşadığı kəndə onun ailəsini alçaldan sözlər yaymışdır. Həyətində əkdiyi tərəvəzləri su ilə məhv etmişdir. Hər dəfə onu və qızlarını söymüşdür. xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Ağca Məmmədova əlinə daş yığaraq ona tərəf atmışdır. Ağca iki dəfə onu möhkəm formada itələyib yerə yıxmış və sürümüşdür. Rusif Məmmədov da onu döymüşdür. O və qızları Ağca Məmmədovaya xəsarət yetirməmiş və Rusif Məmmədovun avtomaşınına daş atmamışdır. Zərər çəkmiş şəxs x10 məhkəmə iclasında bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə qonşusu Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsinə şikayət etmişdir. xx xxx 2020-ci il tarixdə saat 15 radələrində əri Rusif Məmmədov yaşadığı ünvandan küçəyə çıxmışdır. Həmin vaxt Şəxs Rusifə nalayiq sözlər dediyini eşidib küçəyə çıxmışdır. Sevinc Rusifə əri ilə dostluq etməməsini və yaşadığı evə gəlməsinə icazə verməməsini demişdir. x14 qohum olduğunu və bu səbəbdən də onun yaşadığı evə gəldiyini demiş, Sevinc onun əxlaqsız olduğunu Rusifə bildirmişdir. O, da Şəxs cavab vermiş, həmin vaxt Sevinc onun üstünə gələrək sinəsindən vurub yerə yıxmışdır. Şəxs daşla onun sağ qolunu, azyaşlı oğlu Ramalın sağ ayağını və Rusifə məxsus Kamaz markalı avtomaşının şüşəsini vurub sındırmışdır. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında x5 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, Şəxs xx xxx 2020-ci il tarixdə 15 radələrində daşla vuraraq ona məxsus “Kamaz-55111” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının ön alın şüşəsini yararsız vəziyyətə salmış, ona 200 manat maddi ziyan dəymiş, lakin Şəxs ona xəsarət yetirməmişdir. Sevinc və qızları onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra Sevinc yerdən bir ədəd daş götürüb Ağcaya ataraq ona xəsarət yetirmişdir. Sevinc ona doğru bir neçə dəfə daş atmış, o avtomobilin arxa tərəfində gizlənərək daş zərbələrindən yayınmışdır. Sevinc Ağcanın üzərinə hücüm edərək onu yerə yıxmışdır. Sevinc yumruqla Ağcanın qollarından, başından və bədənin digər nahiyyələrindən vuraraq onu döymüşdür. Sevinc Ağcanı yerdə sürüyərkən o, araya girərək Ağcanı Sevincin əlindən almışdır. Həmin vaxt Sevinc daşla bir neçə dəfə onun oğlu Ramalın ayaqlarından və bədənin digər nahiyyələrindən vurmuşdur. Şəxs dəymiş maddi ziyanı tələb edir. Onun həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı x12 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. 269 №-li, xx xxx 2020-ci il tarixli Canlı şəxsin məhkəmə-tibb ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, x3 bədənində aşkar olunmuş xəsarət –sağ körpücükaltı nahiyyənin, sağ saidin orta 1/3-nin tış səthinin, sağ sağrının, sağ bazunun ön səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. 270 №-li, xx xxx 2020-ci il tarixli Canlı şəxsin məhkəmə-tibb ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, x6 bədənində aşkar olunmuş xəsarət hər iki baldır, sağ bilək nahiyyəsinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. 272 №-li, xx xxx 2020-ci il tarixli Canlı şəxsin məhkəmə-tibb ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, Şəxs bədənində aşkar olunmuş xəsarət sağ bazunun qançırı, sağ körpücükaltı nahiyyənin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. 276 №-li, xx xxx 2020-ci il tarixli Canlı şəxsin məhkəmə-tibb ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, x7 bədənində aşkar olunmuş xəsarət sol diz nahiyyəsinin, sağ dizin ön səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. x2 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar