Məhkəmə qərarları › İş №3(039)-439/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-439/2020

06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-439/2020 06.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x6, Tələbkar x2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri H.Aslanov küçəsi ev 89-da yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x1 Xoşbəxt İslam qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1816/2016 №-li, 30 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən, borclular x3 və Şəxs müştərək qaydada 6400 manat məbləğində pul, vəkilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb tələbkar x4 verilməlidir. Yaranmış 6430 manat məbləğində borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tələbkar İnqilab İsmayılova ödəməmişdir. Borclu Şəxs ödənilməmiş 6430 manat borcun ödənilməsi tələb edilmiş və o, 06 iyul 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkar İnqilab İsmayılovun xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar onun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar x5 izahat verərək bildirdi ki, icra sənədi üzrə borclu Şəxs və onun həyat yoldaşı Nazim İbrahimov Göyçay şəhərində yerləşən bazarda yun satışı ilə məşğuldur. Maddi imkanlarının yaxşı olmasına baxmayaraq ona olan 6430 manat məbləğində borcu ödəməmişlər. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun və həyat yoldaşı Nazim İbrahimovun icra sənədi üzrə tələbkar x4 6430 manat məbləğində borcu vardır. Təqaüdçüdür, işləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcunu tələbkar İnqilab İsmayılova ödəyə bilməmişdir. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x6, tələbkar x2 və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1816/2016 №-li, 30 iyun 2016-cı il tarixli icra sənədi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs təqaüd alır. İcra sənədi üzrə borc borclu Şəxs aldığı təqaüdə yönəldilməli olduğu halda icra məmuru, İ dərəcəli ədliiyə qulluqçusu Fərhad Əliyev tərəfindən bu barədə icra tədbirləri həyata keçirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar