Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-44/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun Zərərçəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Fərhad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Fərhad oğlu xx xxxxxx 2019-cu il tarixdə Yevlax şəhəri, Bakıxanov küçəsi, 64 saylı evdə yaşayan Zərərçəkmiş şəxs həyətindən 04 ədəd toyuq və 02 ədəd qazı, xx xxxxxx 2019-cu il tarixdə Yevlax şəhəri, Bakıxanov küçəsi, 64 saylı evdə yaşayan X3 həyətindən 04 ədəd hind quşu və 06 ədəd toyuğu, Yevlax şəhəri, Q.Nəbi küçəsi, 2 saylı evdə yaşayan X1 yaşadığı evin həyətindən 10 ədəd toyuq və 02 ədəd hind quşunu, Yevlax şəhəri, Koroğlu küçəsi, 66 saylı evdə yaşayan yaşayan Məmmədova Qönçə Rza qızının yaşadığı evin həyətindən 03 ədəd qaz və 04 ədəd toyuqlarını oğurlamışdır. Bununla da Şəxs Fərhad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs Fərhad oğlunun barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Qasımov Qurban oğlu izah etdi ki, xx xxxxxx 2019-cu il tarixdə Yevlax şəhəri, Bakıxanov küçəsi, 64 saylı evdə yaşayan Zərərçəkmiş şəxs həyətindən 04 ədəd toyuq və 02 ədəd qazı, xx xxxxxx 2019-cu il tarixdə Yevlax şəhəri, Bakıxanov küçəsi, 64 saylı evdə yaşayan X3 həyətindən 04 ədəd hind quşu və 06 ədəd toyuğu, Yevlax şəhəri, Q.Nəbi küçəsi, 2 saylı evdə yaşayan X1 yaşadığı evin həyətindən 10 ədəd toyuq və 02 ədəd hind quşunu, Yevlax şəhəri, Koroğlu küçəsi, 66 saylı evdə yaşayan yaşayan Məmmədova Qönçə Rza qızının yaşadığı evin həyətindən 03 ədəd qaz və 04 ədəd toyuqlarını oğurlamışdır. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs Fərhad oğlunun əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlu izah etdi ki, tutduğu əməllərdən peşmandır. Oğurluq edən zaman sərxoş vəziyyətdə olmuşdur. Oğurladığı ev quşalarını tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyəcəkdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə ailəsi birlikdə qonaq getmişdir. Həmin gün təxminən saat 21.00 radələrində evə qayıtdıqda həyətində yerləşən quş damında olan ev quşlarından 04 ədəd toyuğun və 02 ədəd qazın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bilmişdir. Lakin oğurluq hadisəsinin kim tərəfindən törədildiyini bilməmişdir. Bu barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Ümumilikdə ona 80 (səksən) manat ziyan dəymişdir və hazırda ona dəymiş olan ziyan ödənilməmişdir. Məhkəmədən Şəxs Fərhad oğlu tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 izahatında bildirdi ki, Yevlax şəhəri, Q.Nəbi küçəsi, 2 saylı evdə yaşayır. Yaşadığı evin həyətində yerləşən ev quşları saxlanılan yerdə 30 ədəd toyuq və 02 ədəd hind quşu saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında həyətə düşüb quşlara dən verərkən 10 ədəd toyuq və 02 ədəd hind quşunun oğurlandığını bilmişdir. Lakin oğurluğun kim tərəfindən törədilməsini bilməmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ümumilikdə ona 100 (bir yüz) manat ziyan dəymişdir. Hazırda ona dəymiş olan ziyan ödənilməmişdir. Məhkəmədən Şəxs Fərhad oğlu tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X7 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Fərhad oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasırədd edilmişdir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edirki Şəxs Fərhad oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, inzibati xətanı müxtəlif vaxtlarda törətmsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrıayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs Fərhad oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli,işləməyən, Yevlax şəhəri, Məhsəti küçəsi, ev 62-də qeydiyyatda olan və yaşayan Şəxs Fərhad oğu xx xxxxxx 2020-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protoko üzrə 01 (bir) ay müddətinə, xx xxxxxx 2020-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protoko üzrə 01 (bir) ay müddətinə, xx xxxxxx 2020-ci il tarixli MN ******* №-li protokol üzrə 01 (bir) ay müddətinə və xx xxxxxx 2020-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protoko üzrə 01 (bir) ay müddətinə haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətində və inzibati həbs edilsin. Həmin inzibati tənbeh tədbirlər qismən toplanaraq onun üzərində qəti olaraq 01 (ay) 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 04.30-dan hesablansın. Şəxs Fərhad oğlundan 80 (səksən) manat məbləğində ziyan alınıb Zərərçəkmiş şəxs ödənilsin. Şəxs Fərhad oğlundan 160 (bir yüz altmış) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X6 ödənilsin. Şəxs Fərhad oğlundan 100 (bir yüz) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X2 ödənilsin. Şəxs Fərhad oğlundan 100 (bir yüz) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs Məmmədova Qönçə Rza qızına ödənilsin. Qərarın surəti Şəxs Fərhad oğluna təqdim edilsin. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-44/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-44/2020
21.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver