Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-44/2021 28.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə yaşadıqları Yevlax şəhəri, E.Ağayev küçəsi, 166 saylı evdə anası X3 məxsus Samsunq Galaxy j7 markalı mobil telefonu qəsdən məhv etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Mirzalı Əhmədzadənin xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Yevlax şəhəri, E.Ağayev küçəsi ev 166-da yaşayan Məlik Toyluyev xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək, narkotik maddə aludəçisi qardaşı Azadın anası Rita Qulamovanü döydüyünü, habelə anasına məxsus olan “Samsung Galaxy j7” markalı mobil telefonu qırdığını bildirmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əmlakı qəsdən məhv etmə və ya zədələmə inzibati xətasının tərkibinin əlamətləri olduğundan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə şöbənin İTB-nə göndərilmişdir. Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 tərəfindən Şəxs barəsində İXMnin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli İDEAL MMC tərəfindən verilmiş arayışdan görünür ki, Samsunq Galaxy j7 markalı obil telefonun hazırki orta bazır satış qiyməti 80-100 (səksən-yüz) manat təşkil edir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 232-1.ci maddəsinin tələbinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzrədə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri, Nizami prospekti, ev 224-də qeydiyyatda olan, Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 166-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 (səksən) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-44/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-44/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver