Məhkəmə qərarları › İş №3(039)-440/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-440/2020

06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-440/2020 06.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x7, Tələbkar x2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri H.Aslanov küçəsi ev 89-da yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x1 Nazim Məmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1816/2016 №-li, 30 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən, borclular Şəxs Məhəmməd oğlundan və x4 müştərək qaydada 6400 manat məbləğində pul, vəkilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb tələbkar x3 verilməlidir. Yaranmış 6430 manat məbləğində borcun ödənilməsi üçün borclu Şəxsya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tələbkar İnqilab İsmayılova ödəməmişdir. Borclu Şəxs ödənilməmiş 6430 manat borcun ödənilməsi tələb edilmiş və o, 06 iyul 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkar İnqilab İsmayılovun xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Borclu Şəxsya qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar onun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar x5 izahat verərək bildirdi ki, icra sənədi üzrə borclu Şəxs və onun həyat yoldaşı Xoşbəxt Əmirova Göyçay şəhərində yerləşən bazarda yun satışı ilə məşğuldur. Maddi imkanlarının yaxşı olmasına baxmayaraq ona olan 6430 manat məbləğində borcu ödəməmişlər. Ona görə də, borclu Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun və həyat yoldaşı Xoşbəxt Əmirova icra sənədi üzrə tələbkar x3 6430 manat məbləğində borcu vardır. Göyçay şəhər bazarında pomidor xiyar satmaqla məşğuldur. Gündəlik qazancı 5 manat təşkil etdiyinə görə icra sənədi üzrə yaranmış borcu tələbkar İnqilab İsmayılova ödəyə bilməmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu x9 tərəfindən tərtib edilmiş MN ******* №-li, 06 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs aliment borcunun ödənilməsi üçün dəfələrlə məlumat verilsə də borcunu ödəməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar