Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-441/2020 07.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 07 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2020-ci il tarixdə saat 08:21-də Bakı-Qazax yolunun 65-ci kilometrliyində, 09:23-də Bakı-Qazax yolunun 180-ci kilometrliyində və Bakı-Qazax yolunun 280-ci kilometrliyində Yol Patrul Xidməti əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x6 çıxış edərək bildirmişdir ki, Şəxs 07 iyul 2020-ci il tarixdə idarə etdiyi “Mersedes Vito” markalı avtomobilin qeydiyyat nişanlarını dəyişərək Bakı- Qazax yolunun 65-ci kilometrliyində hərəkətdə olan zaman karantin postunda Yol Patrul Xidməti əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq öz hərəkətinə davam etmişdir. Bundan sonra Bakı-Qazax yolunun 180-ci kilometrliyində Kürdəmir stasionar postunda eyni tabesizilyi göstərərək Yol Patrul Xidməti əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobili sürüb qaçmışdır. Bundan sonra Bakı-Qazax yolunun 280-ci kilometrliyində Yevlax stasionar postunun yaxınlığında Yol Patrul Xidməti əməkdaşları tərəfindən suni tıxac yaradılaraq Şəxs idarə etdiyi avtomobil saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, Bak-Gəncə şəhərlərarası özünə məxsus “Mersedes Vito” markalı avtomobili ilə sərnişin daşıma ilə məşğuldur. 07 iyul 2020-ci il tarixdə avtomobilinin üzərində həbs olduğuna görə avtomobilin qeydiyyat nişanlarını dəyişərək Bakı şəhərində avtovağzala yaxın ərazidən müştəri götürərək Gəncə şəhərinə getməsi üçün yola çıxmışdır. Bakı-Qazax yolunun 65-ci kilometrliyində hərəkətdə olan zaman karantin postunda Yol Patrul Xidməti əməkdaşları ona saxla işarəsi verdikdə o, sərnişinlərinin qadın olduğu səbəbindən avtomobili saxlamamış və hərəkətinə davam etmişdir. Bakı-Qazax yolunun 180-ci kilometrliyində hərəkətdə olan zaman Kürdəmir stasionar postunda Yol Patrul Xidməti əməkdaşları ona saxla işarəsi verdikdə o, avtomobili saxlamayaraq yenə də öz hərəkətlərinə davam etmişdir. Bundan sonra Bakı-Qazax yolunun 280-ci kilometrliyində Yevlax stasionar postunun yaxınlığında Yol Patrul Xidməti əməkdaşları tərəfindən suni tıxac yaradıldığından o idarə etdiyi avtomobili saxlamaq məcburiyyətində qalmışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət x7 bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı tağım komandiri x4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 07 iyul 2020-ci il tarixdə Dövlət Yol Polisinə məxsus efir vasitəsi ilə məlumat verildi ki, saat 08:21-də “Mersedes Vito” markalı, saxta ** EH *** dövlət qeydiyyat nişanı ilə hərəkətdə olan avtomaşın Bakı-Qazax yolunun 65-ci kilometrliyində hərəkətdə olan zaman karantin postunda Yol Patrul Xidməti əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq öz hərəkətinə davam etmişdir. Bundan sonra həmin avtomobil Bakı-Qazax yolunun 180-ci kilometrliyində Kürdəmir stasionar postunda eyni tabesizilyi göstərərək Yol Patrul Xidməti əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq idarə etdiyi avtomobili polis əməkdaşlarının üzərinə sürərək sürüb qaçmışdır. Daha sonra müəyyyən olunmuşdur ki, həmin avtomobil Kürdəmir postundan sonra saxta ** EH *** dövlət qeydiyyat nişanını dəyişərək avtomobilin özünə məxsus ** DV *** dövlət qeydiyyat nişanını avtomobilin üzərinə taxıb hərəkət etmişdir. Baş dövlət x8 müvafiq göstərişinə əsasən həmin nəqliyyat vasitəsini saxlamaq üçün Bakı-Qazax yolunun 280-ci kilometrliyində Yevlax postunun yaxınlığında suni tıxac yaradılaraq qeyd olunun nəqliyyat vasitəsi saxlanılmışdır. Bundan sonra həmin avtomobilin sürücüsünün barəsində müvafiq tədbir görülməsi üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət x7 bilavasitə tabe olan Yol Patrul Xidməti x12 xidməti baş inspektoru x5 şahid x1 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 07 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2020-ci il tarixdə saat 08:21-də Bakı-Qazax yolunun 65-ci kilometrliyində, 09:23-də Bakı-Qazax yolunun 180-ci kilometrliyində və Bakı-Qazax yolunun 280-ci kilometrliyində Yol Patrul Xidməti əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Baş Dövlət x7 bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru, polis leytenantı x2 07.07.2020-ci il tarixli raportundan görünür ki, 07.07.2020-ci il tarixdə, saat 08:21-də “Mersedes Vito” markalı, saxta ** DV *** dövlət qeydiyyat nişanlarını dəyişdirərək saxta ** EH *** dövlət qeydiyyat nişanlarını bağlayan avtomaşın Bakı-Qazax yolunun 65-ci kilometrliyindəkarantin postunda, karantin rejimini pozaraq, xidmətdə olan Yol Patrul Xidməti əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq, hərəkətinə davam edərək saat 09:23 radələrində Bakı-Qazax yolunun 180-ci kilometrliyində Kürdəmir stasionar postunda eyni tabesizlik hərəkətlərini davam etdirərək avtomaşını xidmətdə olan Yol Patrul Xidməti əməkdaşlarının üstünə sürərək hərəkətinə davam etmiş və yolda müxtəlif dövlət qeydiyyat nişanlı nömrələri dəyişərək sürüb qaçmışdır. Baş dövlət x8 müvafiq göstərişinə əsasən Bakı-Qazax yolunun 280-ci kilometrliyində Yol Patrul Xidməti postunun yaxınlığında süni tıxac yaradılaraq qeyd olunan avtomaşın tərəflərindən saxlanılmışdır. Avtomobil saxlanıldıqdan sonra sürücü Gəncə şəhər sakini Şəxs avtomaşına aid sənədləri təqdim etməkdən imtina edərək etdiyi qayda pozuntusuna etiraz edərək yüksək səslə ucadan səs-küy salmağa başlamış və tərəflərindən dəfələrlə sürücü nizam-intizama dəvət olunmasına baxmayaraq poisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün saxlanılaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün ərazi aidiyyatı üzrə Yevlax rayon polis şöbəsinə gətirlmişdir; 07 iyul 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 07 iyul 2020-ci il tarixdə, saat 12:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidlərinizahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıbiş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxsna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 07 iyul 2020-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-441/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-441/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver