Məhkəmə qərarları › İş №3(039)-441/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-441/2021

14.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-441/2021 14.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 4, mənzil 2-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 13 may 2021-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri Sahil parkının yaxınlığında X5 polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, 13 may 2021-ci il tarixdə saat 20 radələrində Yevlax Rayon Polis Şöbəsinin polis nəfərləri, polis serjantları Məhəmməd Zülfüqarov və Şəhriyar Xəlilov birlikdə Yevlax şəhəri Sahil parkının yaxınlığında iki nəfər şəxsin bir birləri ilə mübahisə etdiklərinin şahidi olmuşlar. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onları nizam intizama dəvət etmişlər. Lakin həmin şəxslər polisin qanuni tələbinə qsədən tabe olmamış və onlar, polis əməkdaşları tərəfindən güc tətbiq edilərək rayon polis şöbəsinə gətirilmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Yevlax şəhr sakinləri Şəxs və Şəxsdur. Bundan sonra polis polis nəfərləri, polis serjantları Məhəmməd Zülfüqarov və X11 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən araşdırma aparılmış, və hər biri barəsində ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 13 may 2021-ci il tarixdə saat 20 radələrində ögey qardaşı X3 ilə birlikdə Yevlax şəhəri Sahil parkının yaxınlığında olarkən işlə əlaqədar aralarında mübahisə edərkən polis əməkdaşları yaxınlaşıb onları nizam-intizama dəvət etmişdir. Lakin onlar əsəbi olduğundan öz hərəkətlərini davam etdirdiyinə görə polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Polis nəfəri, baş serjantı X4 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 13 may 2021-ci il tarixdə saat 20 radələrində polis nəfəri, polis serjantı Şəhriyar Xəlilovla birlikdə Yevlax şəhəri Sahil parkının yaxınlığında xidmətdə olarkən iki nəfər şəxsin bir birləri ilə mübahisə etdiklərinin şahidi olmuşlar. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər onların qanuni tələbinə qəsdən tabe olmadıqları üçün tərəfindən güc tətbiq edilərək onları rayon polis şöbəsinə gətirilmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Yevlax şəhər sakinləri X3 və Şəxsdur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. İşdə olan 13 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 13 may 2021-ci il tarixdə saat 21:30-dan inzibati qaydada tutulmuşdur. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, polis baş serjantı Məhəmməd Zülfüqarov və Şəhriyar Xəlilov 13 may 2021-ci il tarixli raportu və şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə tərəfindən tərtib edilmiş MN ******* №-li, 13 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadəsini, Yevlax Rayon Polis Şöbəsinin Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadənin çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar