Məhkəmə qərarları › İş №3(039)-441/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-441/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-441/2022 21.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax rayon prokurorun müavini, kiçik ədliyyə müşaviri X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri E.Ağayev küçəsi ev 6-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş materialda qeyd olunur ki, 25 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Şəxs üzərindən 1 ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,156 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 (bir) ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 0,171 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin aşkar olunaraq götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması inzibati xətanı törətmişdir. Yevlax rayon prokurorun müavini, kiçik ədliyyə müşaviri X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin və narkotik vasitə olan tiryək əldə edib saxladığı üçün onun barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün materaillar üzrə Yevlax Rayon Polis X1 müstəntiqi, polis leytenantı Ayxan Cəlilov tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 aprel 2022-ci il tarixli qərarın surəti rayon prokurorluğuna göndərilmişdir. Yevlax Rayon Prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasovun inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 21 aprel 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, narkotik vasitə olan heroindən və tiryəkdən mütəmadi olaraq istifadə edir, narkotik vasitə istifadəçisidir. 24 yanvar 2022-ci il tarixdə saat 22 radələrində tanışı Elxan Həşimova zəng edərək ondan narkotik vasitə olan heroin və tiryək istəmiş, Elxan Həşimov onunla razılaşmış və onu yaşadığı evə dəvət etmişdir. Həmin tarixdə o, Elxan Həşimovun yaşadığı evə gedərək ondan 1 bükümdə narkotik vasitə olan heroin və 01 bükümdə narkotik vasitə olan tiryək almış, Elxan Həşimova bunun qarşılığnda 10 manat pul vermişdir. Bundan sonra o, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ilə yaşadığı ev istiqamətində gedərkən polis əməkdaşları ona yaxınlaşaraq onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmiş, o, isə etiraz etmədən rayon polis şöbəsinə gətirilmişdir. Üzərində olan narkotik vasitə olan tiryək və heroini polis əməkdaşlarına təhvil vermişdir. Həmin narkotik vasitəni satmaq məqsədi olmamış, istifadə üçün almışdır. Əməlindən peşmandır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis X1 müstəntiqi, polis leytenantı Ayxan Cəlilovun sübutların qiymətləndirilməsi haqqında 05 aprel 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Rəhim Qəribi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasovun inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 21 aprel 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 25 yanvar 2022-ci il tarixli, 17/92 №-li ekspert rəyindən görünür ki, “Şəxs üstündən aşkar edilmiş iki ədəd şəffaf rəngli sellofana bükülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfin içərisindəki digər 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,171 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. İnzibati Xətalar Məcəlləsi: Maddı 206. qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar