Məhkəmə qərarları › İş №3(039)-441/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-441/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-441/2024 20.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Protokolu tərtib edən orqan Yevlax RPŞ-nin DYP bölməsinin nümayəndəsi polis mayoru X1, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Yevlax RPŞ-nin DYP bölməsinin 14 may 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin DYP bölməsinin YPX-nin inspektoru polis serjantı X5 tərəfindən 14 may 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 80 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X7 xx.xx.2024-cü il tarixdə Yevlax şəhər H.Əliyev pr.52-də Vaz 21063 markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarının pozulması nəticəsində X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 məhkəmə iclasında çıxış edərək, bildirmişdir ki, Yevlax RPŞ-nin DYP bölməsinin 14 may 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ədalətli olmadığını və bununla bağlı bir dəlil gösdərmələrini Yevlax RPŞ-nin DYP bölməsinin YPX-nin nümayəndəsindən tələb etmişdir. Yevlax RPŞ-nin DYP bölməsinin YPX-nin nümayəndəsi məhkəmə iclasında çıxış edərək videogörüntülərin təqdim edə bilmədiklərini və məhkəmədən qanunauyğun qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax RPŞ-nin DYP bölməsinin 14 may 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarında qeyd edilir ki, X7 xx.xx.2024-cü il tarixdə Yevlax şəhər H.Əliyev pr.52-də Vaz 21063 markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarının pozulması nəticəsində X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, və 80 manat cərimə tətbiq edilmişdir İs materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Yevlax RPŞ-nin DYP bölməsinə hadisəyə aid görüntülərin Yevlax rayon Məhkəməsinə göndərilməsi tələb olunsada, Yevlax RPŞ-nin DYP bölməsi hadisəyə dair heç bir sübut təqdm etməmişdir. Beləliklə məhəkəmə belə qənaətə gəlir ki şəxsin inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. X2 şikayəti təmin edilməli, barəsində Yevlax RPŞ-nin DYP bölməsinin 14 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax RPŞ-nin DYP bölməsinin 14 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilsin. 14 may 2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə İş № 3(039)-673/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Yevlax Rayon Məhkəməsi 12 oktyabr 2023-cü il Yevlax şəhəri Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxılır. İclas saat 12:05-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, şikayətçi və səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən işə baxan hakimi və məhkəmə iclas katibini elan etdi. Sədrlik edən-hakim: Əlizadə Ruslan Əliyar oğlu Məhkəmə iclasının katibi: Cəlilov Ruslan Elmi oğlu Sədrlik edən proses iştirakçılarından məhkəmənin tərkibinə etirazları olub-olmamalarını soruşdu. Proses iştirakçıları ayrı-ayrılıqda məhkəmənin tərkibinə etirazları olmadıqlarını bildirdilər. Sədrlik edən proses iştirakçılarına hüquq və vəzifələrini izah etdi. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirdi. Şikayət vermiş şəxs: X7-xx.xx.1987-cı ildə Yevlax rayon Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Malbinəsi kəndində qeydiyyatda olan. Sədrlik edən şikayəti əsaslandırmaq üçün şikayət verən şəxsə izahat verməyi təklif edir. Şikayət verən şəxs X2 izahatı: - Hörmətli hakim! Arıçılıq təsərrüfatı ilə məşğul olduğumu,bu səbəbdən mənə yaşadığım Malbinəsi kəndi ərazisində 1.90 ha bələdiyyə torpağı istifadəmə verildiyini,həmin torpaq sahəsində arıçılığı inkişaf etdirmək üçün 200 ədədə yaxın müxtəlif növ (evodia,paloniya,amerikan ağcaqayını,akasiya,ilğım və s) bitkilərin əkdiyimi, torpaq sahəsinin bir qisminin (0.37 ha) Həsən Abdullayev tərəfindən şumladığını ,bu zaman 47 ədəd bitkiyə ziyan vurulduğunu,bu barədə Mingəçevir 8 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinə məlumat verdiyimi,həmin torpaq sahəsinə baxış keçirilən zaman şumlanan 0.37 ha torpaq sahəsinin Həsən Abdullayevə aid olduğu, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətcisi müfəttiş Samir Abdullayevin göstərişi ilə əkdiyim bitkiləri yerdən çıxararaq 1 mert öz sahəmə tərəfə köçürdüyünü və həmin köçürməni video lentə alaraq Samir Abdullayevin mobil telefonuna göndərdiyimi,poçt vasitəsi ilə 11 aprel 2023cü il tarixli qərar mənə çatandan sonra mənə məlum olmuşdur ki,mən ağacları icazəsiz yerini dəyişdiyim üçün AR İXM-nin 327.2 maddəsinə əsasən 80 manat cərimə edilmişəm.Qəbul olunmuş qərarın ləğv olunması barədə X6 məhkəmələrinə qərardan şikayət vermə müddətin bərpası ilə bağlı Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişəm.Mənim məqsədi bitkiləri məhv etmək yarasız hala salmaq deyil sadəcə olaraq yerdəyişmə etdiyimi,və bunun üçün hər hansı bir icazə sənədinin alınmasından xəbərim olmadığımı bildirərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv olunmasını xahiş edirəm. Sədrlik edən səlahiyyətli orqanın nümayyəndəsinin şəxsiyyətini müəyyən etdi Səlahiyyətli orqanın nümayyəndəsi: X8- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Sədrlik edən səlahiyyətli orqanın nümayyəndəsinə izahat verməyi təklif edir. Səlahiyyətli orqanın nümayyəndəsi X3 izahatı: - Hörmətli hakim! Tərəflərindən əraziyə yerində baxış keçirildiyini,faktiki olaraq ağac və kol bitkilərinin məhv olmadığı,orada dənli bitkilərin əkildiyi,Sərvər Mahmudovun istifadəsində olan ərazidə onun tərəfindən ağcaqayın,pauloniya,evogiya bitkilərin icazə sənədləri olmadan çıxararaq digər əraziyə əkdiyi aşkar olunmuşdur. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində hər hansi bir ağacın yerdəyişmə edilməsi və ya kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınmalıdır.Sərvər Mahmudovda əkdiyi ağacları yerdən çıxardaraq 1 metr aralı məsafəyə əkmişdir .Bu da öz növbəsində AR İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətini yaradır.Qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Sədrlik edən tərəflərdən əlavə və vəsatətinin olub olmadığını soruşdu. Tərəflər ayrı-ayrılıqda əlavə və vəsatətinin olmadığını bildirdilər. Sədrlik edən məhkəmə çıxışlarının başlanmasını elan etdi. Sədrlik Şikayət edən Sədrlik verən edən Səlahiyyətli çıxış şəxs üçün çıxış orqanın X7: üçün şikayət verən Şikayətimin səlahiyyətli nümayyəndəsi şəxsə təmin orqanın sözqüvvədə verdi. edilməsini xahişsaxlanılmasını nümayyəndəsinə X8:Qərarın edirəm. söz verdi. xahiş edirəm Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda qərarı elan etdi, onun məzmununu, şikayət vermək qaydasını və müddətini, protokolla tanış olmaq və protokola dair qeydlər vermək hüququnu izah etdi. Sədrlik edən məhkəmə iclasını 12:25-də bağlı elan etdi. Məhkəmə iclasının protokolu xx.xx.2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küç. 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 www.yevlakhcourt.gov.az Elektron ünvan 3(039)-673/2023 12 oktyabr 2023-cü il Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə X4 Yevlax rayonu Malbinəsi kəndi Yevlax Rayon Məhkəməsinin 3(039)-673/2023 №-li, 12 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti 05 vərəq. Hakim Ruslan Əlizadə İş № 3(039)-673/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Yevlax Rayon Məhkəməsi 05 oktyabr 2023-cü il Yevlax şəhəri Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından şikayət vermə müddətinin ötürülməsi ilə bağlı X7 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxılır. İclas saat 12:05-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, şikayətçi və səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən işə baxan hakimi və məhkəmə iclas katibini elan etdi. Sədrlik edən-hakim: Əlizadə Ruslan Əliyar oğlu Məhkəmə iclasının katibi: Cəlilov Ruslan Elmi oğlu Sədrlik edən proses iştirakçılarından məhkəmənin tərkibinə etirazları olub-olmamalarını soruşdu. Proses iştirakçıları ayrı-ayrılıqda məhkəmənin tərkibinə etirazları olmadıqlarını bildirdilər. Sədrlik edən proses iştirakçılarına hüquq və vəzifələrini izah etdi. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirdi. Şikayət vermiş şəxs: X7-xx.xx.1987-cı ildə Yevlax rayon Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Malbinəsi kəndində qeydiyyatda olan. Səlahiyyətli orqanın nümayyəndəsi: X8- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Sədrlik edən vəsatəti əsaslandırmaq üçün vəsatət verən şəxsə izahat verməyi təklif edir. Vəsatət verən şəxs X2 izahatı: Hörmətli hakim! Vəsatəti təqdim edərək bildirirəm ki, Mingəçevir məhkəməsinə,Şəki İnzibati məhkəməsinə müraciət etmişəm.Sonra Yevlax rayon məhkəsinə müraciət etmişəm.Ekologiya idarəsi ilə şifahi razılıq əldə olunub ki,nazirliyə müraciət etsək bəlkə cərimən silinər.Bu səbəbdən məhkəmənin icraatın olan işi geri istəmişəm.Ekologiya ilə heç bir razılıq əldə olunmayıb.Odur ki ötürülmüş müddəti bərpa edəsiniz və şikayətimə yenidən baxasınız. Əlavə sual olmadı Sədrlik edən proses iştirakçılarına X2 vermiş olduğu vəsatətə münasibətə bildirməyi təklif edir. Səlahiyyətli orqanın nümayyəndəsi P.Atayev:Vəsatətin təmin olunub olunmaması ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxıram. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda qərarı elan etdi: Vəsatət təmin olunsun və məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 12:05-ə təxirə salınsın. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsin. Sədrlik edən məhkəmə iclasını bağlı elan etdi. Məhkəmə iclası saat 12:15-də qurtardı. Məhkəmə iclasının protokolu xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar