Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-442/2020 06.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Kömitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi ev 24, mənzil 143 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2018- ci il tarixli №1-A saylı müqavilə əsasında xx.xx.2018-ci il tarixli **********6543 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 20000 kq, dəyəri 1200 ABŞ dolları olan “Təzə soğan” yükü rəsmiləşdirilərək Ukrayna Respublikasında yerləşən “Disk- Standart” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən yükün dəyəri 1200 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Şəxs MMC tərəfindən ixrac edilən yükün, yəni 20000 kq soğanın dəyəri olan 1200 ABŞ dolları bəyan edildiyi-xx xxxxxxx 2018-ci il tarixdən 180 gün ərzində ixracatçının “xxxxxxxxxx” ASC-dəki hesabına geri köçürülmədiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 483-cü maddəsi maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 11000-1012/20 saylı protokoldan görünür ki, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi ev 24, mənzil 143 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2018- ci il tarixli №1-A saylı müqavilə əsasında xx.xx.2018-ci il tarixli **********6543 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 20000 kq dəyəri, 1200 ABŞ dolları olan “Təzə soğan” yükü rəsmiləşdirilərək Ukrayna Respublikasında yerləşən “Disk-Standart” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən yükün dəyəri 1200 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir; Yevlax Gömrük Postunun rəisi Nazim İsayev tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevə ünvanlanmış xx.xx.2019-cu il tarixli raportdan görünür ki, Dövlət Gömrük Kömitəsinin 1000-120/0xx-xx/015252 saylı xx.xx.2019-il tarixli məktubunun icrası ilə əlaqədar Şəxs MMC Yevlax Gömrük Postunda konsiqnasiya yolu ilə **********6543 saylı bəyannamə üzrə ixrac edilən yükün dəyəri- 1200 ABŞ dolları olan vəsait 180 gün ərzində Azərbaycan Respublikasənda müvəkkil bankda olan hesablarına köçürülməmişdir; xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardan görünür ki, Ak.Mirəli Qaşqay küçəsi ev 24, mənzil 143 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür; 38.1.-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.0.6. maddəsinə əsasənbu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” adı ilə “Gömrük qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi onun dizpozitiv şərtlərinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması nəticəsində yaranır. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti onun törədildiyi gündən ən geci 1 il ərzində müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolla və səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən 20000 kq “təzə soğan” yükü xx xxxxxxx 2018-ci il tarixdə Ukrayna Respublikasında yerləşən “Disk-Standart” şirkətinə ixrac olunmuş və bu barədə eyni tarixli gömrük bəyannaməsi tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, Şəxs MMC xx xxxxxxx 2018-ci il tarixdən 180 gün ərzində, yəni xx xxxxx 2019-cu il tarixədək ixrac etdiyi məhsulun dəyəri olan 1200 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da xx xxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol inzibati xətanın tərədildiyi vaxtdan bir il müddət keçdikdən sonra, yəni xx xxxx 2020-ci ildə tərtib edilmişdir. Bu halda isə hüquqi şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə məhkəmə göstərilənlərə əsasən və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53,114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Kömitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-442/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-442/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver