Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-443/2022 22.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri D.Qorqud küçəsi ev 18 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Yevlax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 08 aprel 2022ci il tarixli qərar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün 19 aprel 2022-ci ildə Yevlax rayon prokurorluğuna daxil olmuşdur. Qərardan müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi fakta görə 06 fevral 2022-ci il tarixdə Yevlax RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanmışdır. Azərbaycan Respublikası DİN BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən 05 fevral 2022-ci il tarixdə saat 21:55 dəqiqədən saat 22:25 dəqiqəyədək olan müddət ərzində şübhəli şəxs Şəxs üzərində şəxsi axtarış aparılmış, həmin şəxsi axtarış zamanı Şəxs əynindəki şalvarının ön sağ yan cibindən bir ədəd kağız bükümdə olan şəxsi istehlak miqdarında 0,024 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilmişdir. Həmin narkotik vasitə-heroin təhqiqatçı Rafiq Əhmədov tərəfindən bükümü ilə birlikdə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 06 fevral 2022-ci il tarixli 16/153 nömrəli rəyində tədqiqata təqdim edilmiş, üzərində “Şəxs üzərindən aşkar olunmuş.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi–0,024 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları (əlavə olunur) təsdiq edilməsini qərara alması göstərilmişdir. Həmin siyahıda narkotik vasitə olan qurudulmuş marixuana üçün şəxsi istehlak miqdarından artıq miqdar kimi təmiz halda çəkisi 5 qram daxil olmaqla yuxarı hədləri nəzərdə tutulmuşdur. X9 tərəfindən aparılmış araşdırma zamanı Şəxs 0,024 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün 08 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. Beləliklə müəyyən edilmişdir ki, 05 fevral 2022-ci il tarixdə saat 21:00-da Şəxs narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilindiyinə görə Yevlax şəhər Dədə Qorqud küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 21:40-dan saat 21:53-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın kiçik olan sağ yan cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib saxladığı 0,024 qram miqdarında narkotik vasitəheroin aşkar olunaraq götürülmüşdür.Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X7 çıxış edərək bildirmişdir ki, müstəntiq X5 tərəfindən aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından 19 aprel 2022-ci il tarixli qərarla barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş baxılması üçün qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü Şəxs, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Evlidir və 4 yetkinlik yaşına çatmayan övladı var Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları (əlavə olunur) təsdiq edilməsini qərara alması göstərilmişdir. Həmin siyahıda narkotik vasitə olan qurudulmuş marixuana üçün şəxsi istehlak miqdarından artıq miqdar kimi təmiz halda çəkisi 5 qram daxil olmaqla yuxarı hədləri nəzərdə tutulmuşdur. X9 tərəfindən aparılmış araşdırma zamanı Şəxs 0,024 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün 08 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. Hazırda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana və 4-5 aydır ki, narkotik vasitə heroin istifadə edir. Ağıl və şüur zəifliyindən əziyyət çəkmir, psixi xəstəliyi yoxdur. Hər hansı bir ruhi-əsəb dispanserində qeydiyyatı yoxdur. Həmçinin, narkoloji kabinetdə qeydiyyatı yoxdur. O, 05 fevral 2022-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı evin yerləşdiyi Yevlax şəhər Dədə Qorqud küçəsində olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini ona təqdim edərək AR DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları olduqlarını və ona narkotik vasitələrin istifadəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax RPŞ-nə gətirmişdirlər. Polis əməkdaşları ona yaxınlaşan zaman o, küçədə tək olmuşdur. Yevlax RPŞ-də təhqiqatçı Rafiq Əhmədov onu şübhəli şəxs qismində tutmuş və onun istəyi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 dəvət etmişdirlər. Fərhad Məmmədovun iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən, yəni əynindəki şalvarının ön sağ yan cibindən (kiçik cib) bir ədəd kağız bükümdə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə heroin ona məxsus olmuş və o, həmin narkotik vasitəni istifadə etmək üçün Yevlax şəhərində yaşayan tanışı Ramiz Əliyevdən 20 manat pul qarşılığında 05.02.2022ci il tarixdə axşam saatlarında almış və aldıqdan sonra bir hissəini istifadə etdikdən sonra geri qalan hissəsini istifadə etmək üçün şalvarının ön sağ yan cibinə (kişik cib) qoyaraq istifadə etməyi üçün saxlamışdır. Həmin narkotik vasitə heroin bükülü olduğu kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.03 qram olması müəyyən edilmişdir. O, 05.02.2022-ci il tarixdə axşam saat 21 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-nə aparılıb və həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman X8 alaraq bir hissəsini istifadə etdiyini və geri qalan hissəsini saxlamış olduğu narkotik vasitə heroin aşkar olunaraq üzərindən götürülmüşdür. O, narkotik vasitə istifadəçisidir və həmin narkotik vasitə heroini istifadə etmək üçün üzərində saxlamışdır. O, əvəllər narkotik vasitə heroini tanımadığı və mobil nömrəsini bilmədiyi şəxslərdən almışdır. Lakin 05 fevral 2022-ci il tarixdə saat 21:55-dən saat 22:25-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman Ramiz Əliyevdən almış olduğu narkotik vasitə-heroin üzərindən aşkar olunaraq götürülmüşdür. O, etdiyi əməlindən peşmandır və bir daha narkotik vasitə istifadə etmiyəcəkdir. O, üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə -heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X2 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-443/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-443/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver