Məhkəmə qərarları › İş №3(039)-444/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-444/2020

08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-444/2020 08.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin baş inspektoru, polis mayoru x9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti 89-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 08 iyul 2020-ci il tarixdə saat 00:50 radələrində Yevlax şəhəri 32-ci məhəllədə karantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında baş inspektor, polis mayoru x11 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfəri, polis baş serjantı Fəqan Əliyev 08 iyul 2020-ci il tarixdə saat 00:50 radələrində Daxili qoşunların hərbi qulluqşuları ilə birlikdə xidmətdə olarkən iki nəfər şəxsin qaçaraq binaların arası ilə hərəkət etdiyini görüb dərhal həmin şəxslərə yaxınlaşaraq onların dayanma işarəsinə məhəl qoymadan qaçaraq həmin ərazidən uzaqlaşdığına görə saxlanılmış, yoxlama zamanı həmin şəxslərin xüsusi karantin qaydalarını pozduqları aşkar edilmişdir. Polis əməkdaşları və hərbi qulluqçular həmin şəxsləri polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərinə məhəl qoymayaraq ərazidən uzaqlaşmaq istəyərkən polis əməkdaşı tərəfindən saxlanılıb saat 01:30 radələrində Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində müəyyən edilmişdir ki, həmin şəxslər Gəncə şəhər sakinləri x3 və x5r. Bundan sonra polis nəfəri, polis serjantı Fəqan Əliyev həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Raporta əsasən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 07 iyul 2020-ci il tarixdə axşam saatlarında uşağının xəstəliyi ilə əlaqədar ona pul lazım olduğu üçün Yevlax şəhərində yaşayan qohumlarından borc pul almaq məqsədi ilə qanunsuz olaraq Gəncə polis postunu keçib Yevlax şəhərinə gəlmiş, Yevlax şəhəri 32-ci məhəllədə yerləşən binaların qarşısında polis əməkdaşları onu saxlamış, uşağının xəstəliyi ilə əlaqədar əsəbi olduğuna görə polis əməkdaşlarına qarşı kobud hərəkətlər etmiş, polis əməkdaşları onu rayon polis şöbəsinə aparmaq istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan 08 iyul 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 08 iyul 2020-ci il tarixdə saat 00:50-dən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında x2 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin x4 x7 x10 20 iyun 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının x4 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Əmirxan Namazov tərəfindən tərtib edilmiş MN ******* №-li, 08 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 08 iyul 2020-ci il tarixdən saat 00:50-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar