Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-444/2022 26.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Yevlax Rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis mayoru X8, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi ev 138-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis mayoru X1 Fazil İbrahim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X10 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs onu əxlaqsızlıqla təqsirləndirərək öldürməklə hədələdiyini bildirmişdir. Bununla əlaqədar olaraq Yevlax Rayon Polis X6 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X7 11 aprel 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün Yevlax Rayon Polis X7 təhqiqatçısı, polis baş leytenantı X3 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X11 ilə 13 noyabr 2013-cü il tarixdə ailə qurmuşlar. Birgə nikahdan iki övladları düynaya gəlmişdir. 23 aprel 2021-ci il tarixdə Nuranə Quliyevadan məhkəmə qaydasında boşanmışdır. Nuranə Quliyevaya aliment borcunu tam ödəyə bilmədiyi üçün 04 aprel 2022-ci il tarixdə onun barəsində protokol tərtib olunaraq baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Nuranə Quliyeva onun ünvanına nalayiq ifadələr işlətmiş və onun üzünə tüpürmüşdür. O, Nuranə Quliyevanı söyüb təhqir etməmişdir. Barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, 04 aprel 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasının iclas zalında keçirilən iclas zamanı Şəxs onu təhqir etməyə başlamış bu zaman o, Şəxs üzünə tüpürmüşdür. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X9 çıxış edərək bildirmişdir ki, 04 aprel 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasının iclas zalında keçirilən məhkəmə iclası zamanı X20 Rəşidovun üzünə tüpürmüş, Şəxs Nuranə Quliyevanın ünvanına hər hansı bir təhqiredici ifadənin işlətdiyini görməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə polis sahə rəisi, polis mayoru Qurban Qasımovun çıxışını, şahid ifadələrini və Şəxs izahatını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, barəsində inzibati icraat aparılan Şəxs izahatından və şahid icra məmuru, İİİ dərəcəli ədliyyə quluqçusu Qorxmaz Əsgərovun çıxışında Şəxs tərəfindən Nuranə Quliyevanı təhqir etməsinə dəlalət edə biləcək şahid ifadələri mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Şəxs ilə 04 aprel 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsində Nuranə Quliyeva arasında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş hadisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Lakin Şəxs Nuranə Quliyeva ilə aralarında narazıçılığın yaranması xırda xuliqanlıq hesab edilə bilməz. Həmçinin, onların arasında baş vermiş mübahisənin ətrafdakılara və ictimai qaydaya münasibətdə törədilən hərəkətlərə keçməsi iş materialları və şahid ifadəsi ilə müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-444/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-444/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver