Məhkəmə qərarları › İş №3(039)-445/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-445/2020

08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-445/2020 08.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 08 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 iyul 2020-ci il tarixdə saat 00:50 radələrində Yevlax şəhəri, 32-ci məhəllədə karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x2 çıxış edərək bildirmişdir ki, Şəxs 08 iyul 2020-ci il tarixdə saat 00:50 radələrində Yevlax şəhəri, 32-ci məhəllədə karantin rejimi qaydasını pozaraq SMS icazə almadan evini tərk etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb karantin qaydasını pozmamağa dəvət etsələr də o, ucadan səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 07 iyul 2020-ci il tarixdə Bakı şəhərindən yaşadığı Gəncə şəhərinə taksi ilə gedərkən acdığından və susuzladığından Yevlax şəhəri ərazisində taksidən gecə saat bir radələrində düşmüşdür. Taksidən düşdükdən sonra o, açıq market axtaran zaman polis əməkdaşları ona yaxınlaşıb SMS icazəsinin olub-olmaması barədə soruşduqda o, SMS icazəsinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu karantin qaydalarını pozmamağa və evinə qayıtmağını tələb etmişdirlər. Lakin o, əsəbləşdiyindən polis əməkdaşlarının tələbinə tabe olmayaraq polis əməkdaşı ilə mübahisə etməyə başlamışdır. Bu zaman polis əməkdaşları ona xüsusi karantin rejimini pozduğunu bildirərək rayon polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 08 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 iyul 2020-ci il tarixdə saat 00:50 radələrində Yevlax şəhəri, 32-ci məhəllədə karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Bölməsinin polis nəfəri, polis baş serjantı Fəqan Əliyevin 08.07.2020-ci il tarixli raportundan görünür ki, 08.07.2020-ci il tarixdə saat 00:50 radələrində Yevlax şəhəri 32-ci məhəlləsində iki nəfər hərbi qulluqçu ilə birgə xidmətdə olan zaman iki nəfər şəxsin qaçaraq binaların arası ilə hərəkət etdiyini görüb dərhal həmin şəxslərə yaxınlaşmışlar, həmin şəxslər onların dayanma göstərişinə tabe olmayaraq həmin ərazidən qaçmağa cəhd etdiklərinə görə tərəflərindən saxlanılmış və məlum olmuşdur ki, həmin şəxslər karantin qaydalarını pozmuşdurlar. Bundan sonra həmin şəxslər səs-küy saldıqları üçün onları nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxslər polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsiz hərəkətlərini davam etdirdikləri üçün tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir, həmin şəxslərdən birinin Gəncə şəhər sakini Şəxs olduğu müəyyən edilmişdir; 08 iyul 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 08 iyul 2020-ci il tarixdə, saat 01:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 08 iyul 2020-ci il tarixdən saat 01:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar