Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-447/2020 08.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin baş inspektoru, polis mayoru x5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Samux rayonu Qovlarsar kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 08 iyul 2020-ci il tarixdə saat 00:55 radələrində Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olamamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru baş inspektoru, polis mayoru x8 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı x2 xidmətdə olan zaman 08 iyul 2020-ci il tarixdə saat 00:55 radələrində “Revon R3” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün saxla işarəsi verməsinə baxmayaraq tabeçilik göstərməmişdir. Birinci postu çıxmış, ikinci postdan çıxmağa çalışarkən digər postda xidmət aparan PPXB-nun polis nəfəri, polis serjatı Camal Nəsibov tərəfindən saxlanılmış, yoxlama zamanı polisin qanuni tələblərinə məhəl qoymayaraq ərazidən uzaqlaşmağa cəhd göstərərkəntərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin İTB-nun polis sahə rəisi, polis kapitanı x7 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 07 iyul 2020-ci il tarixdə axşam saatlarında Gəncə şəhər sakini Elşad Abdullayev ona zəng edərək Yevlax şəhərinə gəlib onu götürməsini xahiş etmiş, icazəsi olduğu üçün Gəncə şəhərindən Yevlax şəhərinə gəlmiş, Yevlax şəhərində yerləşən birinci polis postunda saxlanılmış, icazəsi olduğu üçün buraxmışlar. İkinci polis postunda onu polis əməkdaşları saxlamış, ondan hansı səbəbdən Yevlax şəhərinə gəlməsi ilə maraqlandıqda onu Elşad Abdullayev zəng edərək Gəncə şəhərinə aparmaq üçün çağırdığını bildirmişdir. Bu zaman polis əməkdaşları ondan Elşad Abdullayevə zəng edərək dayandıqları əraziyə çağırmasını xahiş etmiş, Elşad Abdullayev həmin əraziyə gəlmiş və onların hər ikisini saxlayıb polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Polis sahə rəisi, polis kapitanı x2 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 08 iyul 2020-ci il tarixdə saat 00:55 radələrində Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində xidmətdə olarkəm “Revon R3” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün saxla işarəsi verməsinə baxmayaraq tabeçilik göstərməmişdir. Birinci postu çıxmış, ikinci postdan çıxmağa çalışarkən digər postda xidmət aparan PPXB-nün polis nəfəri, polis serjatı Camal Nəsibov tərəfindən saxlanılmış, yoxlama zamanı polisin qanuni tələblərinə məhəl qoymayaraq ərazidən uzaqlaşmağa cəhd göstərərkən tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Şəxs əvvəllər dəfələrlə qanunsuz olaraq polis postunu keçmişdir. İşdə olan 08 iyul 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 08 iyul 2020-ci il tarixdə saat 00:55-dən inzibati qaydada tutulmuşdur. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsində təqsiri özünün ifadəsi, şahid ifadələri, polis sahə rəisi, polis mayoru x4 tərəfindən tərtib edilmiş MN ******* №-li, 08 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni 08 iyul 2020-ci il tarixdən saat 00:55-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-447/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-447/2020
08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver