Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-447/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi Təhqiqat bölməsinin təhqiqatçısı X2, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsinin 17 may 2021-ci il tarixli, 11000/0658 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini X6 tərəfindən 17 may 2021-ci il tarixdə qəbul edilmiş 11000/0658 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, Yevlax rayonu Aran ŞTQ-də qeydiyyatda olan X4 (Vöen **********) tərəfindən 02.01.2019-cu il tarixli Aza-02 saylı, 09.05.2019-cu il tarixli 1/0905/19 saylı, 17.06.2019-cu il tarixli 08-KH saylı və 12.10.2019-cu il tarixli 4/1210/2019 saylı, müqavilələr əsasında 09.11.2019-cu il tarixli **********3399saylı 13.11.2019-cu il tarixli **********4395 saylı, 16.11.2019-cu il tarixli **********5933 saylı, 28.11.2019-cu il tarixli **********9222saylı, 05.12.2019-cu il tarixli **********1181saylı, 14.12.2019-cu il tarixli **********3763 saylı, 15.12.2019-cu il tarixli **********4241 saylı, 15.12.2019-cu il tarixli **********4243 saylı, 17.12.2019-cu il tarixli **********4582 saylı və 18.12.2019-ci il tarixli **********4719 sayli gömrük bəyannamələri üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 116361.00 ABŞ dollar məbləğində vəsaiti X3 müvəkkil bankda olan hesabına geri köçürülməmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini X6 tərəfindən 17 may 2021-ci il tarixdə qəbul edilmiş 11000/0658 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, həmin qərarı qeyri-qanuni, əsassız və ədalətsiz hesab edir. O, 02.01.2019-cu il tarixli Aza-02 saylı, 09.05.2019-cu il tarixli 1/0905/19 saylı,17.06.2019- cu il tarixli 08-KH saylı və 12.10.2019-cu il tarixli 4/1210/2019 saylı müqavilələr əsasında 09.11.2019-cu il tarixli **********3399 saylı, 13.11.2019-cu il tarixli **********4395 saylı,16.11.2019-cu il tarixli **********5933 saylı, 28.11.2019-cu il tarixli **********9222 saylı, 05.12.2019- cu il tarixli **********1181 saylı, 14.12.2019-cu il tarixli **********3763 saylı, 15.12.2019- cu il tarixli **********4241 saylı, 15.12.2019-cu il tarixli **********4241 saylı, 15.12.2019-cu il tarixli **********4243 saylı, 17.12.2019-cu il tarixli **********4582 saylı və 18.12.2019-cu il tarixli **********4719 saylı gömrük bəyannamələri üzrə Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş “Təzə Xurma “ yükünün dəyərinin 116361.00 (bir yüz on altı min üç yüz altmış bir dollar ) ABŞ dolları olan valyuta vəsaitinin bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməməsi, tərəfindən törədilən qəsdən və ya ehtiyatsızlıqdan inzibati xəta deyildir. Belə ki, qeyd edilən valyuta vəsaitinin bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməsi malı qəbul edən hüquqi şəxslərin üzərinə götürdüyü öhdəlikdir. Eyni zamanda bununla bağlı onun maraqları da olmuşdur ki, ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan vəsait hesabına daxil olsun və bunun əksinə onun heç bir maraqları ola bilməz. Çünki, ona ödənilməli olan məbləği nəğd şəkildə sürücülər vasitəsi ilə Azərbaycan Respublikasına, ona göndərmişdir. Müqavilənin şərtlərinə görə həmin məbləğ köçürmə yolu ilə ona qaytarılmalı idi. Bundan başqa, barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərar müddətin ötürülməsi ilə qəbul edilmişdir. Bu da onu göstərir ki, ona inzibati tənbeh vermə ilə bağlı müddət keçmişdir. Belə ki, son bəyannamə 17.12.2019-cu il tarixdə qəbul edilsə də, qərar 17 may 2021- ci il tarixdə qəbul edilmişdir. Bu da onu göstərir ki, ona inzibati tənbeh vermə ilə bağlı müddət keçmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsaslanaraq Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini X6 tərəfindən 17 may 2021-ci il tarixdə qəbul edilmiş 11000/0658 saylı inzibati tənbeh vermə haqqında QƏRARİNİN ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 Ələmdar Şaban oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib bildirmişdir ki, gömrük orqanı respublikada sahibkarlara edilən güzəştlərə görə fiziki şəxsə konsiqnasiya yolu ilə ixrac etdiyi yüklərin müqabilində müvəkkil bankda olan hesabına köçürülməli olduğu vəsaitin köçürülməsi üçün möhlət verir. Lakin fiziki şəxsin ixrac etdiyi yüklərin müqabilində müvəkkil bankda olan hesabına köçürülməli olan 116361.00 ABŞ dollar məbləğində vəsait köçürülmədiyindən gömrük idarəsinin müvafiq idarəsinin əməkdaşları tərəfindən faktla bağlı raport tərtib olunduqdan sonra fiziki şəxs barəsində araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı cərimə edilmişdir. Bundan başqa X3 şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş № 11000/0658 olan 17 may 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, Yevlax rayonu Aran ŞTQ-də qeydiyyatda olan X4 (Vöen **********) tərəfindən 02.01.2019-cu il tarixli Aza-02 saylı, 09.05.2019-cu il tarixli 1/0905/19 saylı , 17.06.2019-cu il tarixli 08-KH saylı və 12.10.2019-cu il tarixli 4/1210/2019 saylı, müqavilələr əsasında 09.11.2019-cu il tarixli **********3399saylı 13.11.2019-cu il tarixli **********4395 saylı, 16.11.2019-cu il tarixli **********5933 saylı, 28.11.2019-cu il tarixli **********9222saylı, 05.12.2019-cu il tarixli **********1181saylı, 14.12.2019-cu il tarixli **********3763 saylı, 15.12.2019-cu il tarixli **********4241 saylı, 15.12.2019-cu il tarixli **********4243 saylı, 17.12.2019-cu il tarixli **********4582 saylı və 18.12.2019-ci il tarixli **********4719 sayli gömrük bəyannamələri üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 116361.00 ABŞ dollar məbləğində vəsaiti X3 müvəkkil bankda olan hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, malların (işlərin, Komitələrin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərara əsasən malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyətli orqanın nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, X4 tərəfindən 02.01.2019-cu il tarixli Aza-02 saylı, 09.05.2019-cu il tarixli 1/0905/19 saylı, 17.06.2019-cu il tarixli 08-KH saylı və 12.10.2019-cu il tarixli 4/1210/2019 saylı, müqavilələr əsasında 09.11.2019-cu il tarixli **********3399 saylı, 13.11.2019-cu il tarixli **********4395 saylı, 16.11.2019-cu il tarixli **********5933 saylı, 28.11.2019-cu il tarixli **********9222saylı, 05.12.2019-cu il tarixli **********1181 saylı, 14.12.2019-cu il tarixli **********3763 saylı, 15.12.2019-cu il tarixli **********4241 saylı, 15.12.2019-cu il tarixli **********4243 saylı,17.12.2019-cu il tarixli **********4582 saylı və 18.12.2019-ci il tarixli **********4719 sayli gömrük bəyannamələri üzrə 180 günə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli idi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X4 qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və 09.11.2019-cu il tarixli **********3399 saylı bəyannamə üzrə 07.05.2020-ci ildə, 13.11.2019-cu il tarixli **********4395 saylı bəyannamə üzrə 10.05.2020-ci ildə və 16.11.2019-cu il tarixli **********5933 saylı bəyannamə üzrə 13.05.2020-ci ildə həmin 180 gün müddəti bitmişdir. Həmin tarixdən 1 il müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X4 inzibati məsuliyyətə cəlb edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsi göstərilən xəta ilə bağlı 17 may 2021-ci il tarixdə, inzibati xətanın baş verdiyi gündən 01 ildən artiq müddətdən sonra inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X3 şikayəti inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan bəyannamələrin bir hissəsinə münasibətdə inzibati tənbeh vermə müddətinin keçməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini X6 tərəfindən 17 may 2021-ci il tarixdə qəbul edilmiş 11000/0658 nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən qismən dəyişdirilərək səlahiyətli orqan tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə tətbiq edilmiş 10000 manat cərimənin məbləği azaldılaraq 6000 manat həddində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini X6 tərəfindən 17 may 2021-ci il tarixdə qəbul edilmiş 11000/0658 saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən dəyişdirilərək səlahiyətli orqan tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə tətbiq edilmiş 10000 manat cərimənin məbləği azaldılaraq 6000 manat həddində müəyyən edilməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-447/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-447/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver