Məhkəmə qərarları › İş №3(039)-447/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-447/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-447/2025 18.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X1 Gömrük İdarəsindən xx.xx.2025-ci il tarixli, EP 015471 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə ünvan 1 ünvanında qeydiyyatda olan Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli, RVİ-N20-AZN-260922 nömrəli müqavilə əsasında xx.xx.2024-cü il tarixli, **********9542 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə dəyəri 25785.60 ABŞ dolları olan «Nar şirəsi» yükü X2 rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixli, **********9542 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə ixrac edilən yükün dəyərinin 474.54 (dörd yüz yetmiş dörd dollar əlli dörd sent) ABŞ dolları malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Beləliklə, ünvan 1 ünvanında qeydiyyatda olan Teymur Əhmədov adına "xxxx" QSC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 806.72 (səkkiz yüz altı manat yetmiş iki qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin ona istinad olunan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, **********9542 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, "xxxx" QSC tərəfindən 25785.60 ABŞ dolları dəyərində «Nar şirəsi» yükü X2 rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. İşdə olan Gəncə Gömrük İdarəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesaba köçürülməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Gəncə Gömrük İdarəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesaba köçürülməsinin təmin edilməsi tələb edilmişdir. İşdə olan Gəncə Gömrük İdarəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, faktla bağlı Teymur Əhmədov adına "xxxx" QSC barəsində Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2025-ci il tarixli raport üzrə aparılan araşdırma ilə əlaqədar işin halları ilə bağlı izahat verilməsi üçün səlahiyyətli nümayəndənin xx.xx.2025-ci il tarixdə, saat 11:00-da X3 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməsinin təmin edilməsi "xxxx" QSC-dən tələb edilmişdir. İşdə olan Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarə etmə sisteminin konsiqnasiyaya nəzarət səhifəsindən çıxarışdan də görünür ki, "xxxx" tərəfindən Almaniya Respublikasına **********7361 sorğu nömrəli gömrük bəyənnaməsilə ixrac edilən 25785.60 ABŞ dolları dəyərində yükə görə cəmiyyətin müvəkkil bankda olan hesabına 25311.06 ABŞ dolları vəsait daxil olmuş və qalıq məbləğ 474.54 ABŞ dolları təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli, RVİ-N20-AZN-260922 nömrəli müqavilə əsasında xx.xx.2024-cü il tarixli, **********9542 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə dəyəri 25785.60 ABŞ dolları olan «Nar şirəsi» yükü X2 rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixli, **********9542 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə ixrac edilən yükün dəyərinin 474.54 (dörd yüz yetmiş dörd dollar əlli dörd sent) ABŞ dolları malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. « Teymur Əhmədov adına "xxxx" QSC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq "xxxx" QSC-nin ünvanına məktub göndərilərək, səlahiyyətli nümayəndəsi Gəncə Gömrük İdarəsi X3 dəvət edilmiş, lakin QSC-nin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma nəticəsində ixrac olunmuş və ixrac olunan malların müqabilində Azərbaycan Respublikasından ixrac edilmiş qeyd edilən bəyənnamə üzrə yükün dəyərinin qalıq məbləği olan 474.54 ABŞ dollarının Azərbaycan manatına nisbəti bəyənnamənin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə Xarici İqtisadi fəailyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 806.72 (səkkiz yüz altı manat yetmiş iki qəpik) manat etdiyi müəyyən edilmişdir. Nəticədə "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də, "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Həmin maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ötən müddət ərzində qalan vəsaitin, yəni 474.54 ABŞ dollarının müvəkkil bankda olan hesaba köçürülməsini tələb və təmin etmək imkanı olduğu halda həmin imkandan istifadə etməmiş və məhkəmə iclasında ixrac edilmiş malın müqabilində qalıq vəsaitin müvəkkil bankda olan hesaba köçürülməməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş tutmaması müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, görə ünvan 1 ünvanında qeydiyyatda olan Teymur Əhmədov adına "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ünvan 1 ünvanında qeydiyyatda olan Teymur Əhmədov adına "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın – 474.54 (dörd yüz yetmiş dörd dollar əlli dörd sent) ABŞ dolları vəsaitin (Azərbaycan manatına məzənnə ilə 806.72 (səkkiz yüz altı manat yetmiş iki qəpik) manat) 30 faizi miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar