Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-448/2020 08.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x2, Tələbkar x3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri M.Ə.Sabir küçəsi ev 40-da yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x1 Əfqan Qalib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. İcra məmuru x5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1131/2018 №-li, 05 aprel 2018-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs müqavilə üzrə kreditə görə 1196,86 manat mələğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu məcburi qaydada alınaraq x3 xeyrinə verilməlidir. Yaranmış 1216,86 manat məbləğində borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, 08 iyul 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında həmin borcun bir dəfəyə ödəyə bilməyəcəyini, hər ay borc qurtarana qədər hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə 1216,86 manat məbləğində borcundan heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar onun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar x6 izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1131/2018 №-li, 05 aprel 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ona 1216,86 manat məbləğində pul ödəməlidir. Hazırda yaranmış borcdan ona 250 manat ödəniş etdiyinə görə borclu Şəxsla razılığa gəlmişdir. Nəzərə alınmasını xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki,Yevlax Rayon Məhkəməsinin 2(039)-1131/2018 №-li, 05 aprel 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar Elnur Cəbrayılova olan 1216,86 manat məbləğində borcu işləmədiyinə və maddi vəziyyətinin olmamasına görə tələbkar Elnur Cəbrayılova ödəyə bilməmişdir. Hazırda borcundan tələbkar Elnur Cəbrayılova 250 manat ödəmişdir. Məhkəmə icra məmuru x2, tələbkar x3 və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 05 aprel 2018-ci il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-448/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-448/2020
08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver