Məhkəmə qərarları › İş №3(039)-448/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-448/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-448/2021 20.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 08 aprel 2021-ci il tarixdən 09 aprel 2021-ci il tarixə keçən gecə Yevlax şəhəri, F.İsayev küçəsi, ev 52-də yaşayan X6 məxsus həyətindən bir ədəd manqal, həyətində yerləşən toyuq hinindən bir ədəd hind quşu və bir ədəd samovar oğurlamışdır. İnzibati xəta haqqında MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 21 mart 2021-ci il tarixdə Yevlax şəhəri, Şəkitayı qəsəbəsində yaşayan X7 məxsus velosipedi Yevlax şəhəri, Dəmir yolu vağzalının yaxınlığında “Nur Mobilya” telefon mağazasının qarşısında oğurlamışdır. İnzibati xəta haqqında MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 09 aprel 2021-ci il tarixdə Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 45-da yaşayan X4 məxsus evindən 20 ədəd ayaqqabı altlığı, 5 qutu ayaqqabı içliyi və 5 qutu ayaqqabı mismarını oğurlamışdır. Bununla bağlı Şəxs barəsində hər inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X5 izah etdi ki, 30 mart 2021-ci il tarixdə Yevlax şəhəri, Şəkitayı qəsəbəsində yaşayan X9 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 21 mart 2021-ci il tarixdə özünə məxsus işlək vəziyyətdə olan velosipedinin Yevlax şəhəri, Dəmir yolu vağzalının yaxınlığında “Nur Mobilya” telefon mağazasının qarşısından Şükür adlı şəxs tərəfindən oğurladığını bildirmişdir. Bundan başqa Yevlax şəhəri, F.İsayev küçəsi, ev 52-də yaşayan X10 09.04.2020-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək, həmçinin həmin tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətindən ona məxsus olan bir ədəd manqal, bir ədəd hind quşu və bir ədəd samovarın naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Bundan başqa Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 45-da yaşayan X8 09.04.2021-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evindən ona məxsus olan təxmini dəyəri 80 (səksən) manat olan 20 ədəd ayaqqabı altlığı, 5 qutu ayaqqabı içliyi və 5 qutu ayaqqabı mismarının Şükür adlı şəxs tərəfindən oğurladığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin İTB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, oğurluq edən zaman tək olmuşdur və maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyə bilmir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 46 saylı evdə yaşayır. Mərkəzi bazarda xırdavat malları satır. 09.04.2021-ci il tarixdə evindən 20 ədəd ayaqqabı altlığı, 5 qutu ayaqqabı içliyi və 5 qutu ayaqqabı mismarın oğurlandığını bilmişdir. Bu barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ümumilikdə ona 80 (səksən) manat məbləğində ziyan dəymişdir. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X10 və X9 ilə mobil telefon vasitəsilə əlaqə saxlanıldı və zərərçəkmiş şəxslər onlara dəymiş olan ziyanın ödənilmədiyini və hazırda Şəxs şikayətçi olduqlarını bildirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 aprel 2021-ci il, 19 aprel 2021-ci il və 21 aprel 2021-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaları, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 44-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 05 (beş) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 19 may 2021-ci il tarixdən saat 15.00-dan hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin Şəxs 80 (səksən) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X4 ödənilsin. Şəxs 90 (doxsan) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X6 ödənilsin. Şəxs 200 (iki yüz) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X7 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar