Məhkəmə qərarları › İş №3(039)-449/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-449/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-449/2020 10.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru x5, tələbkar x4, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 10 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədi üzrə yaranmış 5000manat borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru x8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar iş üzrə tələbkar x6 29.10.2019-cu il il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu ilə aralarında razılığa gəldiklərini və alimentin icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən də 29.10.2019-cu il tarixli qərar ilə icra vərəqəsi Yevlax Rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin, tələbkar Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədi təkrarən icra edilməsi üçün 01.07.2020-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Bundan sonra icraata başlamaq qərarı qəbul edilərək Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış 5000 manat borcunu hazırda ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Tələbkar x6 məhkəmə iclasında Şəxs şikayətçi olduğunu, aliment borcunun ödənilməsi üçün borcluya kifayət qədər vaxt verildiyini, borclu qərəzli surətdə alimneti icra etmədiyini bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə tələbkara qeyri rəsmi ödənişlər etmişdir və hesab edir ki, onun borcu tam şəkildə ödənilmişdir. Bundan əlavə icra sənədi üzrə yaranmış aliment borcunu hazırda tələbkarın xeyrinə ödəyə bilməyəcəyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədi üzrə tələbkara ödəniş etməsi üçün ona vaxt verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədi üzrə yaranmış 5000manat borcunu ödəməkdən yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşağa görə 100 manat aliment tutulub 14.11.2004-cü il təvəllüdlü x2 və 27.05.2006-cı il təvəllüdlü x3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı x4 xeyrinə verilməlidir; Yevlax Rayon Məhkəməsin 31.05.2020-ci il tarixli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün 31.05.2020-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra sənədi 12.06.2020-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur; tələbkar x1 rayon icra və probasiya şöbəsinə ünvanladığı 29.06.2020-ci il tarixli ərizədən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs yaranmış 5000 manat borcun alınıb ona verilməsini xahiş etmişdir. İcraata başlama haqqında 12 iyun 2020-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, tələbkarın, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)-2943/2017 saylı, 24.11.2017-ci il tarixli icra sənədininicrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçünŞəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 10 iyul 2020-ci il tarixdən saat 12:10-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. düzdür» Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar