Məhkəmə qərarları › İş №3(039)-450/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-450/2020

11.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-450/2020 11.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri 32-ci məhəllə bina 3, mənzil 24-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 10 iyul 2020-ci il tarixdə saat 23:20 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Əhmədov bildirmişdir ki, 10 iyul 2020-ci il tarixdə saat 23:20 radələrində Yevlax şəhəri H.Əliyev prospektində karantin postunda Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı x3 xidmət aparan zaman tərəfindən “VAZ-2107” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, yoxlama zamanı sürücü əsaslı bir səbəb olmadan ictimai yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozmağa başlamışdır. O, həmin şəxsi nizam-intizama dəvət etsə də, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra yol patrul xidməti inspektoru, polis baş serjantı x5 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 10 iyul 2020-ci il tarixdə saat 23:20 radələrində yoldaşının hamiləliyi ilə əlaqədar dərman almaq məqsədi ilə “Zəfəran” aptekə gedərkən Yevlax şəhəri H.Əliyev prospektində polis əməkdaşı onu saxlamış, ondan içkili olub-olmamasını soruşduqda spirtli içki qəbul etmədiyini bildirmiş, polis əməkdaşı təkidlə əlində olan cihaza üfürməyini tələb etmiş, bir neçə dəfə cihaza üfürdükdən sonra içkili olmadığı müəyyən edilmişdir. Həmin vaxt polis işçisinin hərəkətlərindən əsəbləşərək ucadan səs-küy saldığına görə onu polis şöbəsinə aparmışlar. Səhvini başa düşür, törətdiyi inzibati xətadan səmimi peşmandır. Yol patrul xidməti inspektoru, polis baş serjantı x3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 10 iyul 2020-ci il tarixdə saat 23:20 radələrində Yevlax şəhəri H.Əliyev prospektində karantin postunda xidmət aparan zaman hərəkətdə olan “VAZ-2107” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılmış, sürücünün içkili olub-olmamasını yoxlayan zaman sürücü əsaslı bir səbəb olmadan ictimai yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozmağa başlamışdır. O, həmin şəxsi nizam-intizama dəvət etsə də, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyinə görə onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhəri 32-ci məhəllə bina 3, mənzil 24-də yaşayan Şəxsdur. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İşdə olan 10 iyul 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 10 iyul 2020-ci il tarixdə saat 23:50-dən inzibati qaydada tutulmuşdur. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru polis baş serjantı İlqar Rüstəmovun 10 iyul 2020-ci il tarixli raportu və ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Qurban Qasımov tərəfindən tərtib edilmiş MN ******* №-li, 10iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadəsini, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəszilik Bölməsinin polis sahə rəisi, polis mayoru Qurban Qasımovun çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar