Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-450/2021 20.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ İş № 3(039)-304/2021 Azərbaycan Respublikası Yevlax Rayon Məhkəməsi Hakiminin İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ Q Ə R A R DADİ 04 iyun 2021-ci il Yevlax şəhərində Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi X4 nümayəndəsi və vəkili X1 iştirakı ilə X7 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 02 may 2021-ci il tarixdə “buraxılmış müddətin bərpa olunmasına” dair məhkəməyə ərizə verərək, Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 3(039)- 304/2021 saylı qərarından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan buraxılmış müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, X5 Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi Məmməd Bayramov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 04 mart 2021-ci il tarixdə MN ******* nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1,500 manat məbləğində cərimə edilmişdir. Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 3(039)-304/2021 saylı qərarı ilə X3 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, 04 mart 2021-ci il tarixli qərarından “X8 İstismar İdarəsi” ASC-nin rəisi X7 tərəfindən verdiyi şikayət təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin qərarı rəsmi qaydada İdarəyə təqdim edilməmişdir, onun yaşadığı ünvana göndərilmişdir. Həmin ünvanda isə məktubi qəbul edən olmamışdır. Yalnız Elektron Məhkəmə Sistemi vasitəsilə Yevlax Rayon Məhkəməsinin anonimləşdirilmiş qərarını əldə etmək mümkün olmuşdur və bundan sonra öz hüquqlarının bərpası üçün apellyasiya instansiyasına müraciət etmək imkanı yaranmışdır. İşlə bağlı Yevlax Rayon Məhkəməsində işə baxılan zaman bütün digər sənədlər, məhkəmə bildirişləri X8 İstismar İdarəsinin ünvanına göndərilirdi.Mübahisəli məsələ onun şəxsi məsələsi deyil, bilavasitə İdarənin məsələsi olduğu üçün qərar İdarənin ünvanına göndərilməli idi. Onun qeydiyyat ünvanında ailə üzvləri daimi olaraq qalmırlar, bu səbəbdən həmin ünvana məktubu çatdırmaq mümkün olmamışdır Vəsatətə baxılmasının yeri və vaxtı barədə səlahiyyətli orqana məhkəmə bildirişi göndərilsə də, səlahiyyətli orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş X4 nümayəndəsi və vəkili X2 vəsatətin dəlillərinə uyğun izahat verərək vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə vəsatətin dəlillərini nəzərdən keçirib hesab edir ki, X7 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair ərizəsi təmin edilməməli, X4 Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 3(039)-304/2021 saylı qərarından apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxıldığından bərpa olunmamalıdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 3(039)-304/2021 saylı qərarı qanunla müəyyən edilmiş qaydada X4 qeydiyyatda olduğu ünvana göndərilmiş, həmin qərar 08 may 2021-ci il tarixdə onun həyat yoldaşı tərəfindən qəbul edilmişdir. Sənədin ailə üzvünə verilməsi rəsmi qaydada verilmiş hesab edildiyindən, həmin qərardan şikayət vermənin son müddəti 18 may 2021-ci il tarixi hesab edilməlidir, lakin X7 tərəfindən verilmiş şikayət poçt vasitəsilə 02 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, X7 apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.1. Hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. 129.2. Bu Məcəllənin 129.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hakim şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir. 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2 Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə X7 tərəfindən apellyasiya şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbi kimi istinad etdiyi halları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilməsin. X7 tərəfindən verilmiş Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 3(039)- 304/2021 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatət əsassız olduğundan rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-450/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-450/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver