Məhkəmə qərarları › İş №3(039)-450/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-450/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-450/2022 26.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 , Tələbkar Ağayeva Hicram Sahib qızının nümayəndəsi X5nın, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 iştirakı ilə, 16.01.1979-cu ildə Yevlax rayonunda anadan olmuş, rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Malbinəsi kəndində yaşayan. X11 barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2483/2017 №-li, 10 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, yaranmış 540 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2483/2017 №-li, 10 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, X3ndan 26 may 2017-ci il tarixdən başlayaraq 07 yanvar 2006-cı il təvəllüdlü X8 və 11 may 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Ağayeva Hicran Sahib qızına verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar X16 barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkar Hicran Ağayevanın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində X16in yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclunun yerinin müəyyən edilməsi məqsədilə 19 mart 2021-ci il tarixdə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmiş və X16in yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. X13 540 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və o, 26 aprel 2022-ci il tarixdə şöbəyə verdiyi izahatında 540 manat məbləğində aliment borcunun tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Bununla da X16 onun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. Hazırda icra sənədi üzrə tələbkar Hicran Ağayevaya 540 manat məbləğində aliment borcu yaranmışdır. Usta işləyir, əmək haqqını almamış, yaranmış aliment borcunu hazırda ödəməyə maddi imkanı yoxdur. Tələbkarın nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən, X16in tələbkar Hicran Ağayevaya 540 manat məbləğində aliment borcu yaranmışdır. X16 yaranmış aliment borcundan ödəniş etmir, vəd verməsinə baxmayaraq borcunu ödəməmişdir. Tələbkar Hicran Ağayeva heç bir yerdə işləmir, uşağı saxlamaqda çətinlik çəkir, icra sənədi üzrə borcunun tam şəkildə ödənilməsini tələb edir. Ramin Ağayevin həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tələbkarın nümayəndəsi Kəmalə Cabbarovanın izahatı, icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun çıxışı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, yəni məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ramin Ağayevin həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 26 aprel 2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar