Məhkəmə qərarları › İş №3(039)-451/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-451/2020

13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-451/2020 13.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri F.Əmirov küçəsi ev 18-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 12 iyul 2020-ci il tarixdə saat 14:10 radələrində ünvan 1 mənzil 28 ünvanında ucadan qışqıraraq səs-küy salmış, polisin qanuni tələblərinə qəsdən tabe olamamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 12 iyul 2020-ci il tarixdə saat 14:10 radələrində Əməliyyat-İstintaq qrupunun tərkibində Yevlax Rayon Polis Şöbəsinin Təhlükəsizlik Bölməsinin təhqiqatçısı, polis baş leytenantı x6 ilə birlikdə vətəndaş x4 ərizə və izahatının alınması üçün vətəndaşın yaşadığı ünvan 1 mənzil 28 ünvanında yerləşən evində olarkən x2 Rüstəmov ucadan səs-küy salaraq vətəndaşın ərizə və izahatının alınmasına maneçilik törətmişdir. Onlar özlərini Şəxs təqdim edərək onu nizam-intizama dəvət etmişdir. Lakin Şəxs onlara məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs onlar tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Samir Əliyev və Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı x10 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, valideynləri ilə aralarında həmişə mübahisə olur. 12 iyul 2020-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdə su filtiri quraşdırmaq istəyərkən valideynləri narazılıq etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı valideynlərini söyüb təhqir etmiş və ev əşyalarını sındırıb dağıtmışdır. x12 polis şöbəsinə bu barədə məlumat vermiş, polis əməkdaşları yaşadığı evə gəlib onu nizam-intizama dəvət etsə də, o əsəbi olduğundan polis əməkdaşının tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra o polis şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində tanıdığı polis əməkdaşı Sərvəri görmüş, ona yaxınlaşaraq onu tanımadığını soruşmuş, Sərvər ona 2 sillə vuraraq tanımadığını bildirmişdir. Məhkəmə iclasında x8 şahid qismində dindirilərkən bildirdirmişdir ki, Şəxs onun oğludur, əvəllər münasibətləri yaxşı olmuş son vaxtlar ona və həyat yoldaşı Məhsəti Rüstəmovaya qarşı qərəzli hərəkətlər etdiyinə görə münasibətləri pisləşmişdir. 12 iyul 2020-ci il tarixdə saat 13 radələrində oğlu Şəxs heç bir səbəb olmadan evdə münaqişə yaradaraq onları ödürməklə hədələmiş, evin əşyalarını sındırmağa və dağıtmağa başlamışdır. Buna görə də məcbur olub bu barədə Polis Şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları evə gəlib izahatlarını almaq istərkən Şəxs ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında əməliyyat müvəkkili, polis baş leytenantı Samir Əliyev şahid qismində dindirilərkən bildirdirmişdir ki, 12 iyul 2020-ci il tarixdə saat 14:10 radələrində Əməliyyat-İstintaq qrupunun tərkibində Yevlax Rayon Polis Şöbəsinin Təhlükəsizlik Bölməsinin təhqiqatçısı, polis baş leytenantı x6 ilə birlikdə vətəndaş x4 ərizə və izahatının alınması üçün vətəndaşın yaşadığı ünvan 1 mənzil 28 ünvanında yerləşən evində olarkən x2 Rüstəmov ucadan səs-küy salaraq vətəndaşın ərizə və izahatının alınmasına maneçilik törətmişdir. Onlar özlərini Şəxs təqdim edərək onu nizam-intizama dəvət etmişdir. Lakin Şəxs onlara məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs onlar tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o və Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı x10 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Təhqiqatçı, polis baş leytenantı Səddam Əsgərov məhkəmə iclasında şahid Samir Əliyevin ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İşdə olan 12 iyul 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 12 iyul 2020-ci il tarixdə saat 14:10-dan inzibati qaydada tutulmuşdur. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsində təqsiri özünün ifadəsi, şahid ifadələri, polis sahə rəisi, polis mayoru x7 tərəfindən tərtib edilmiş MN ******* №-li, 12 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni 12 iyul 2020-ci il tarixdən saat 14:10-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar