Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-452/2020 13.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin baş inspektoru, polis mayoru x5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Nemətabad kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 12 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri E.Məmmədov küçəsində karantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında baş inspektor, polis mayoru x8 bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar 05 iyul 2020-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək sərtləşdirilmiş xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə 12 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində polis nəfəri, polis serjantı x2 şəhəri E.Məmmədov küçəsində Daxili Qoşunların 2 əməkdaşı ilə birlikdə vətəndaşlara “evdə qal” kompaniyasın qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman bir nəfər şəxsin dəfələrlə evinə getməsi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdiridiyi üçün onu Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax rayon sakini Şəxsdur. Bundan sonra polis nəfəri, polis serjantı x2 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs Razin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 12 iyul 2020-ci il tarixdə səhər saatlarında Yevlax şəhəri E.Məmmədov küçəsində polis əməkdaşları onu saxlamış, SMS icazə götürsə də, onun cavabı gəlmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə aparıb 200 manat cərimə etmişlər. Bundan sonra velosipedini götürmək üçün polis postuna geri qayıtmış, ona cərimə yazdıqlarına görə əsəbi olduğundan polis əməkdaşlarına qarşı kobud hərəkətlər etmiş, polis əməkdaşları onu rayon polis şöbəsinə aparmaq istəyərkən o, polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında polis nəfəri, polis serjantı x10 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar 05 iyul 2020-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək sərtləşdirilmiş xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə 12 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri E.Məmmədov küçəsində Daxili Qoşunların 2 əməkdaşı ilə birlikdə vətəndaşlara karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman bir nəfər şəxsi görüb ona yaxınlaşaraq SMS icazəsinin olub-olmamasını soruşduqda məlum olmuşdur ki, həmin şəxsin icazəsi olmadığına görə onu polis şöbəsinə aparıb 200 manat inzibati cərimə edilmişdir. Bundan sonra həmin şəxs velosipedi götürmək üçün geri qayıdıb ucadan səsküy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdiridiyi üçün o, təkrarən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İşdə olan 12 iyul 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 12 iyul 2020-ci il tarixdə saat 12:30-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında x3 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin x4 x7 x9 20 iyun 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının x4 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Qurban Qasımov tərəfindən tərtib edilmiş MN ******* №-li, 12 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 12 iyul 2020-ci il tarixdən saat 12:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-452/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-452/2020
13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver