Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-453/2021 11.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X2 tərəfindən 04.05.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 5000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə ünvan 1 ünvanında yerləşən X3 məxsus stomotoloji kabinetdə 20 aprel 2021-ci il tarixdə saat 15:25-də plandankənar yoxlama keçirilərkən lisenziya olmadan özəl tibb (stomotologiya) fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 20.04.2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X2 tərəfindən 04.05.2021-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə X5 5000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X2 tərəfindən 04.05.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında MN ******* saylı, 04 may 2021-ci il tarixli qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. O, bu qərarla razı deyil. Belə ki, qərar qəbul edilərkən onun lisenziya olmadan fəaliyyətinin olmaması ilə bağlı faktın aşkar edildiyi bildirilmişdir. Bütün bunlar tam yanlış məlumatdır. O, bu qərarı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsində inzibati tənbeh növünün tətbiqi ilə bağlı məsələyə toxunulub bildirilir ki, mübahisə yarandığı anda inzibati tənbeh növü kimi ilkin olaraq xəbərdarlıq inzibati tənbehi tətbiq edilir. O işləməmişdir. Qeyd olunan lisenziyanın alınması üçün müraciətlər etmiş. Bu barədə səhiyyə nazirliyində onun ərizəsi var. Bu səbəbdən də işini və fəaliyyətini qura bilməmişdir. Ancaq bu kimi ədalətsizliklə barışa bilmir. Bürokratik əngəllər ucbatından o, ciddi çətinliklərlə üzləşmiş, etmədiyi əmələ görə məsuliyyətə cəlb edilmişdir. Fəaliyyət göstərmədiyi halda olmayan bir şeyi inzibati xəta kimi protokollaşdırıb cəriməni üzərinə yazmaq nə haqqa, nə də ədalətə sığır. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində qəbul edilmiş MN ******* saylı, 04 may 2021-ci il tarixli qərar ləğv edilməlidir. Səlahiyyətli orqanın nümayəndəsi və inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və inzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X2 tərəfindən 04.05.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı qərarın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən X4(VÖEN:**********) məxsus stomotoloji kabinetdə 20 aprel 2021-ci il tarixdə saat 15:25-də plandankənar yoxlama keçirilərkən lisenziya olmadan özəl tibb (stomotologiya) fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. X5 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X2 tərəfindən qəbul edilmiş 04.05.2021-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X2 tərəfindən qəbul edilmiş 04.05.2021-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-453/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-453/2021
11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver