Məhkəmə qərarları › İş №3(039)-455/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-455/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-455/2021 24.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 525ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 22 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 may 2021-ci il tarixdə saat 02:30 radələrində Yevlax şəhəri Çənlibel qəsəbəsində kafedə karantin rejimi qaydasını pozmuş və qumar oyunu oynamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 525-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X3 çıxış edərək bildirmişdir ki, Şəxs 22 may 2021-ci il tarixdə saat 02:30 radələrində Yevlax şəhəri Çənlibel qəsəbəsində kafedə karantin rejimi qaydasını pozmuş və qumar oyunu oynamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 525-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, övladı hərbi xidmətdədir və 22.05.2021-ci il tarixdə övladının yanına getməsi üçün səhər saat 04:00-da yola düşməli idi. Bu səbəbdən də qeyd edilən tarixdə yaşadığı qəsəbədə tanıdığı Tural ilə rastlaşdıqdan sonra vaxtını keçirməsi üçün o, Turala qəsəbə ərazisində olan kafedə pivə içməyi təklif etmişdir. Tural onunla razılaşdıqdan sonra onlar birlikdə kafeyə getmişlər. Kafedə pivə içdikdən sonra pulla domino oynamışlar. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidmət bölüyünün polis nəfəri, polis kiçik serjantı X4 çıxış edərək bildirmişdir ki, 22 may 2021-ci il tarixdə post yoldaşı Cahandar Əsgərov ilə birlikdə xidmətdə olan zaman saat 02:30 radələrində qəsəbənin ərazisində yerləşən “Çənlibel” kafesinin işıqlarının açıq vəziyyətdə görüb həmin kafeyə getmişlər. Kafedə üç nəfər vətəndaşın masa arxasında oturub pivə içə-içə puldan domino oynadıqlarını görüb həmin vətəndaşlara qanunla qumar oyunu oynamağın qadağan olduğunu eyni zamanda karantin qaydalarını pozduqlarını bildirərək həmin vətəndaşları rayon polis şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 22 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 may 2021-ci il tarixdə saat 02:30 radələrində Yevlax şəhəri Çənlibel qəsəbəsində kafedə karantin rejimi qaydasını pozmuş və qumar oyunu təşkil oynamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 525-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 22 may 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 22 may 2021-ci il tarixdə saat 02:45-də tutulmuşdur və 22 may 2021-ci il tarixdə saat 16:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 525-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və ağırlaşdıran müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 525-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, qumara qoyulmuş 60 (altmış) manat 10 (on) qəpik pul müsadirə edilməklə, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 22 may 2021-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar