Məhkəmə qərarları › İş №3(039)-455/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-455/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-455/2022 04.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, Tələbkar Həsənova Günel Əziz qızının, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri 28 may küçəsi ev 34. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Əliyev X7 Rayon Məhkəməsinin 2(039)-1959/2021 №-li, 21 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən, 3030 manat məbləğində borcu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1959/2021 №-li, 21 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3000 manat borc və 30 manat dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkar Günel Həsənovanın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs 3030 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və o, 28 aprel 2022-ci il tarixdə şöbəyə verdiyi izahatında 3030 manat məbləğində borcun tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Bununla da borclu Şəxs onun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1959/2021 №-li, 21 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3030 manat məbləğində pul alınıb ona verilməlidir. Borclu Şəxs ona 100 manat ödəniş etmiş, hazırda isə borclu Şəxsd ilə razılığa gəlmiş, belə ki, borclu ona hər ay 50 manat məbləğində ödəniş edəcəkdir. Nəzərə alınmasını xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, icra sənədi üzrə bildirişi almışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-1959/2021 №-li, 21 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən ondan 3030 manat məbləğində pul alınıb tələbkar X6 verilməlidir. Heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır, ona görə tələbkar Günel Həsənovanın xeyrinə ödəniş edə bilməmişdir. Hazırda tələbkar Günel Həsənovaya 100 manat məbləğində ödəniş etmiş və tələbkar Günel Həsənova ilə razılığa gəlmiş, hər ay onun xeyrinə 50 manat məbləğində ödəniş edəcəkdir. İnzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanovun, tələbkar Günel Həsənovanın və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 21 oktyabr 2021-ci tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X3 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar