Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-455/2024 25.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta hqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Audi Q7” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtombili ilə Yevlax rayonu Aran qəsəbəsində manevr etmə qaydasını pozaraq “VAZ 21074” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtombillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “VAZ 21074” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini X2 yüngül dərəcəli bədən xəsarətləri almışdır. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 ona istinad olunan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və eləcə də işin digər materialları ilə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Yevlax raon X4 Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X6 X7 göndərilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görüyür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Audi Q7” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtombili ilə Yevlax rayonu Aran qəsəbəsində manevr etmə qaydasını pozaraq “VAZ 21074” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtombillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “VAZ 21074” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini X2 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-455/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-455/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver