Məhkəmə qərarları › İş №3(039)-458/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-458/2020

15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-458/2020 15.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 3A/35-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş MN ******* №-li, 15 iyul 2020-ci il tarixli protokolda qeyd olunur ki, Şəxs 15 iyul 2020-ci il tarixdə saat 00:10 radələrində sərxoş halda ünvan 1 ünvanında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 15 iyul 2020-ci il tarixdə saat 00:06-da x2 şikayəti əsasında DİN-nin 102 Zəng Xidməti Mərkəzindən Yevlax Rayon Polis Şöbəsinin növbətçi hissəsinə verilən məlumatla əlaqədar ünvan 1 ünvanına getmiş, həmin ünvanında fahişəliklə məşğul olan Xatirə adlı qadının içkili vəziyyətdə olduğunu aşkar etmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin vaxt evdə olan Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozduğuna görə onu rayon polis şöbəsinə gətirmişdir. Bundan sonra həmin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdirmişdir ki, 14 iyul 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evin təmizlik işlərini aparması üçün tanıdığı Xatirə adlı qadını azyaşlı uşağı ilə birlikdə yaşadığı evə gətirmiş, içkili vəziyyətdə olduğu üçün Xatirə ilə aralarında münaqişə yaranmışdır. Bundan sonra binanın həyətinə düşüb su götürüb evə qayıdan zaman qonşuların onun yaşadığı evə gəlib Xatirə ilə aralarında mübahisəyə etirazlarını bildirmişlər. O, Xatirənin içkili vəziyyətdə olmasından xəbərsiz olmuş, qonşularla mübahisə etməmişdir. Məhkəmə iclasında x5 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, qonşusu Şəxs dəfələrlə içkili vəziyyətdə olaraq yaşadığı evə yüngül həyat tərzi keçirən şəxsləri gətirmişdir. 15 iyul 2020-ci il tarixdə gecə saatlarında Şəxs yaşadığı yaşadığı evə Xatirə adlı fahişə qadın gətirərək evdə səs-küy salıb onları narahat etdiyinə görə ona iradını bildirdirmiş və bu barədə DİN-nin 102 Zəng Xidməti Mərkəzinə məlumat vermişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahidin ifadəsi izahatı, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Qurban Qasımov tərəfindən tərtib edilmiş MN ******* №-li, 15 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 15 iyul 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 15 iyul 2020-ci il tarixdə saat 00:40-dan inzibati qaydada tutulmuşdur. İşdə olan 139 №-li, 15 iyul 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 15 iyul 2020-ci il tarixdə saat 00:10-da orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan yəni 15 iyul 2020-ci il tarixdən saat 00:40-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar