Məhkəmə qərarları › İş №3(039)-458/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-458/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-458/2021 24.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 535.1-ci maddələri ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 22 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs, 22 may 2021-ci il tarixdə Yevlax şəhəri, Heydər Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında AP ******* saylı, 23 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs 22 may 2021-ci il tarixdə saat 18:11 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq X3 idarə etdiyi Opel Astra minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və X15 minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Bununla bağlı Şəxs barəsində hər bir inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis polis mayoru X8 izah etdi ki, Şəxs 22 may 2021-ci il tarixdə saat 18:11 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq X3 idarə etdiyi Opel Astra minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və X15 minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Hadisə yerinə DYPB-nin əməkdaşları getmişlər. Yevlax RPŞ-nin DYPB-nin DAM-şi polis baş leytenentı Fariz Hüseynov xidməti otağında hadisə ilə əlaqədar sürücü Şəxs izahat verilməsi bildirilmişdir. Lakin sonuncu həmin vaxt ucadan qışqıraraq səs küy salmağa başlamışdır. Polis əməkdaşı X12 Qarayevə sakitləşməsini bildirərək onu nizam intizama dəvət etmişdir. Buna baxmayaraq Baxşalı polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Yevlax RPŞ-nin DYPB-nin DAM-şi polis baş leytenantı X6 raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4 və 535.1-ci maddəsinin tərkibi olduğundan barəsində hər bir xətaya görə ayrı-ayrılıqda inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 60-da yaşayır. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 22 may 2021-ci il tarixdə Yevlax şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman, əks istiqamətli hərəkət zolağına çıxmaqla Opel Astra minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobildə xəsarət alan olmamışdır. X16 minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə yerinə YPX-i əməkdaşları gəlmişlər. YPX-i əməkdaşı Fariz Hüseynov xidməti otağında ona izahat verməsini bildirdikdə o, əsəbi olduğu üçün Fariz Hüseynovla mübahisə edib, onun qanuni tələbinə məhəl qoymayıb ucadan qışqıraraq səs-küy salmışdır. Bu barədə Fariz Hüseynov raportla RPŞ-nin rəhbərliyini məlumat vermişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olamsını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izah etdi ki, Opel Astra minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 22 may 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı heç bir bədən xəsarəti almamış, lakin avtomobilinə maddi ziyan dəymişdir. İnzibati xəta törətmiş Şəxs tərəfindən ona dəymiş olan maddi ziyan ödənilməmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin DYPB-nin polis baş leytenantı X6 bildirdi ki, 22 may 2021-ci il tarixdə saat 18:11 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində VAZ 21013 minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edən Yevlax şəhər sakini Şəxs, əks istiqamət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq X3 idarə etdiyi Opel Astra minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X15 minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar sürücü Şəxs izahat verməsi üçün xidməti otağına dəvət etmiş, lakin həmin vaxt Şəxs ucadan qışqıraraq səs küy salmağa başlamışdır. Şəxs nizam intizama dəvət etməyinə baxmayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır, öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 22 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 may 2021-ci il tarixdə saat 22.00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 22 may 2021-ci il tarixli 181 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs sərxoşluğu olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X5, şahid Yevlax RPŞ-nin DYPB-nin DAM-şi polis baş leytenantı X2 və zərərçəkmiş şəxs X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar nüəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 332.4 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməməsini, törətmiş olduğu inzibati xətanın xarakterini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 60-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 22 may 2021-ci il tarixdən saat 22.00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar