Məhkəmə qərarları › İş №3(039)-459/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-459/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-459/2020 05.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Qax rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X6 tərəfindən tərtib edilmiş, xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qax rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X6 tərəfindən tərtib edilmiş, xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokola əsasən X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat inzibati cərimə edilmişdir. Vəzifəli şəxsin xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokoluna əsasən X4 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat inzibati cərimə edilmişdir. Narazı qalan X4 inzibati xəta haqqında protokoldan şikayət verərək, xx xxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qax rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X5 rəsmi bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. X3 rəsmi bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə verilmiş şikayətin dəlillərini, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətini araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qax rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X6 tərəfindən, X1 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokol qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qax rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X6 tərəfindən qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun, həmin Məcəllənin 211-ci maddəsi ilə inzibati xəta törətmiş X4xx xxxx 2020-ci il tarixdə saat 19-43-də müvafiq icazəsi olmadan yaşayış yerini tərk etdiyindən, həmçinin müvafiq icazənin olmasına dair məhkəməyə sübut təqdim edilmədiyindən, şikayət əsaslı hesab edilə bilməz. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabineti xx xxxxx 2020-ci il tarixli 124 saylı qərarırını 1.5-ci bəndinə əsasən Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir İnzibati Xətalar Məcəlləsinin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından özünün yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüquqi vardır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X4 yaşayış yeri olan Yevlax şəhərini karantin qaydalarını pozaraq icazə almadan tərk etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qax rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X6 tərəfindən qəbul edilmiş protokolun ləğv olunmasına qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.0, 53.0.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qax rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X6 tərəfindən qəbul edilmiş protokoldan X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar