Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-459/2021 24.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs Məmmədova Hicran Bəhlul qızının, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 05.12.1968-ci ildə Yevlax rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası Yelizon şəhəri Maqistral küçəsi ev 64 ünvanında qeydiyyatda olan və ünvan 1 Şəxs Mahyəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 14 aprel 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 24 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Mahyəddin oğlu 07.04.2021-ci il tarixdə saat 19:56-da Yevlax rayonu Nurallar kəndində Məmmədova Hicran Bəhlul qızını qəsdən döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Məmmədova Hicran Bəhlul qızının Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs Mahyəddin oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Mahyəddin oğlu məhkəmə iclasında izahat verib bildirmişdir ki, Məmmədova Hicran Bəhlul qızı onun qardaşı arvadı Sadəgülün bacısıdır və onun yaşadığı ev qardaşının evi ilə qonşuluqda yerləşir. 07.04.2021ci il tarixdə evdə olan zaman qardaşı evindən səs-küy gəldiyini eşidib həmin evə getmişdir. Qardaşı evində qardaşı oğlu Zaurun anası Sadəgül ilə mübahisə etdiyini görmüşdür. Bundan sonra Hicran əlində olan odun parçası ilə Zaur vurmaq istədiyini görüb o, hicranın qolundan tutub əlində olan odun parçasını əlindən almışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olmasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Məmmədova Hicran Bəhlul qızı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs Mahyəddin oğlu bacısı Sadəgülün qaynıdır. 07.04.2021-ci il tarixdə bacısı Sadəgül ona zəng edərək oğlu Zaurla mübahisə etdiyini bildirmişdir. O, bacısı Sadəgülgilə getmişdir. Bacısıgildə Zaurun anasını itələyib onunla mübahisə etdiyini görmüşdür. Bu zaman Nadir gələrək onun qolundan tutub divara sıxmışdır və nəticədə onun qolu ağrımışdır. Hazırda Şəxs heç bir şikayətinin olmadığını və onunla barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Mahyəddin oğlu 07.04.2021-ci il tarixdə saat 19:56-da Yevlax rayonu Nurallar kəndində Məmmədova Hicran Bəhlul qızını qəsdən döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, Şəxs Mahyəddin oğlunun əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs Mahyəddin oğlu tərəfindən Məmmədova Hicran Bəhlul qızına zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə Şəxs Mahyəddin oğlunun məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərəçəkmişin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs Mahyəddin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mahyəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-459/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-459/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver