Məhkəmə qərarları › İş №3(039)-46/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-46/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-46/2021 18.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə X5 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X8 xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 21.18 radələrində Yevlax rayonu, Xaldan qəsəbsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X7 izah etdi ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfərləri polis serjantı Sübhan Allahverdiyev və Elşən İsmayılov xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 21.18 radələrində Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində xidmət aparan zaman, bir nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərin davam etdirmişlər. Bu səbəbdən sonuncu polis şöbəsinə gətirilmişdir. Yevlax RPŞ-də həmin şəxsin Laçın rayonu, Ərikli kəndində qeydiyyatda olan, Yevlax rayonu, Xaldan qəsəbəsində məskunlaşan X8 olması müəyyən edilmişdir. Bu barədə Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Sübhan Allahverdiyev və Elşən İsmayılov polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Vüsal Meharlıyev həkim müayinəsindən keçirilmiş və sərxoş olması müəyyən olunmuşdur. Tərəfindən araşdırma aparılmış və X5 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Xaldan kəndində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 21.15 radələrində yaşadığı Yevlax rayonu, Xaldan kəndində küçədə olan zaman sərxoş halda olduğu üçün ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, onu nizam-intizama dəvət edərək, söyüş söyməməsini və sakit olmasını bildirmişlər. Sərxoş olduğundan polis əməkdaşlarına məhəl qoymayaraq, polis əməkdaşlarına qarşı kobudluq edərək öz hərəkətlərini davam etdirmişdir. Hazırda polis əməkdaşlarından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X2 izahatında bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə təxmin saat 21.18 radələrində PPXB-nin polis nəfəri polis serjantı Elşən İsmayılovla birlikdə 12 saylı marşurut üzrə Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində xidmətdə olan zaman, bir nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onlara “sizlik deyil” deyərək öz hərəkətlərini davam etdirdiyi üçün tərəflərindən polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin Laçın rayonunda qeydiyyatda olan, Yevlax rayonu, Xaldan qəsəbəsində məskunlaşmış X8 olması müəyyən edilmişdir. Bu barədə rayon polis şöbəsinin rəhbərliyini raportla müraciət etmişlər. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X8 həmin tarixdə saat 22.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis rəisi polis kapitanı X3 və şahid Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X8 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X5 haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şəxsiyyətini, əməlini səmimi etiraf edərək, əməlindən peşman olmasını, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, X8 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1988-ci il tarixdə Laçın rayonu, Ərikli kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Laçın rayonu, Ərikli kəndində qeydiyyatda olan, Yevlax rayonu, Xaldan kəndində məskunlaşan X8 Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlı̇ zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar