Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-46/2024 17.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis polis baş leytenantı X1, Zərərçəkmiş şəxs oğlunun inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 17 yanvar 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs əli vuraraq döymüşdür.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Yevlax rayonu Aan qəsəbəsində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs əli vuraraq döymüşdür.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qudası olduğunu, qızı X4 2023-cü ilin fevral ayında ailə qurduqlarını,ailə qurduqları gündən qızına yaxşı baxmadıqlarını, 2023-cü il noyabrın 26-da qızı Günayın ad günü olduğunu o, oğluna 20 manat pul vermiş, anası da biraz şirniyyat hazırlayıb vermiş ki, gedib qızlərini evlərində təbrik etsin. Oğlu onlara gedəndə o, oğluna zəng edib qızı ilə danışmağa istəmiş, lakin qaynanası Aytən orada qızına necə təsir edibsə qızı əsəbindən onun göndərdiyin pulu götürüb cırmış, oğlunu da qapıdan qovmuşlar. Həmin gün saat 16 radələrində o, qəsəbədə Elşəni görüb bildirmiş ki, niyə onları qızı ilə danışmağa qoymur. Həmin vaxt Elşən onu yola verərək getmiş. Sonra o, Elşənin həyat yoldaşı Aytənə zəng edib demiş ki, niyə onları qızları ilə danışmağa qoymurlar, əri ilə oğlu evdə olsun gəlib onlarla söhbət edəcək. Sonra o, Aytən gilə getmiş, həyətdə evin pəncərəsini döymüş, onların balaca oğlu Ceyhun çıxmış, O, Ceyhuna demiş ki, atasını da, qardaşını da çağırsın, onlara sözünü desin. Ceyhun bildirmiş ki, evin kişisi odur, nə sözü varsa ona desin. O, Elçinə yenə atası ilə qardaşını çağırmasını demiş. Bu vaxt Ceyhun onun üstünə gəlməyə başlamış. O, Ceyhunu özüdən kənara itələmiş, bundan sonra Ceyhun gedib evlərindən bıçaq götürüb onun üstünə gəlmək istəmişdir.Həmin vaxt qızı ilə qaynanası Aytən araya girib Ceyhunu saxlamışlar və 102-yə məlumat verəcəklərini demişlər. O, da bundan sonra çıxıb getmiş.O, Aytən gilə bıçaqla getməmiş və onları bıçaqla hədələməmişdir. O Aytəm Şirinovanı döymədiyini bildirərək həmin qərardan şikayət vərəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qudası Elçin zəng edib ona demiş ki, niyə onun oğlunu evdən qovublar, bu gün qızı Günay onlara gəlməlidir, ona ad günü münasibətilə stol açıblar, peysər əri ilə oğlu hardadır, evdə olsunlər gəlib onların başına gör nə oyun açacaq. O, Elçinə bildirmiş ki, özləri gəlinlərinə ad günü keçirdirlər, onlara ehtiyac yoxdur. Bundan təxminən yarım saat sonra Elçin onların evinə gəlmiş, pəncərəni döyüb onları çağırmışdır. Həmin vaxt evdə o, gəlini Günay, kiçik oğlu Ceyhun olmuşdur. Elçin həyətlərində onları nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, onun əxlaqsız olduğunu, bunu sübut edəcəyini demiş, üstünə hücum edərək onu yumruqla vurmuş, qolunu sıxıb cibindən bıçaq çıxaraq onu və ailəsini hədələmiş, üstünə bıçaqla gəlmişdir.O, Elçini itəlyəndə bıçaq sol əlinin üstünü kəsmişdi. Həmin vaxt gəlini Günayın həyəcandan huşu gedib yıxılmışdı. Bundan sonra Elçin qaçıb getmiş. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli 17 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs əli vuraraq döymüşdür.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 dekabtr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki,həmin protokol cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib olunduğundan və Şəxs həmin hərardan şikayət verəcəyini bildirdiyindən obyektiv qərar qəbul etmək mümkün olmadığından, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-46/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-46/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver