Məhkəmə qərarları › İş №3(039)-461/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-461/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-461/2021 25.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Yevlax rayonu Mironabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 24 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 may 2021-ci il tarixdə saat 21:00-da Yevlax şəhəri Q.B.Zakir küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, o, 24.05.2021-ci il tarixdə post yoldaşı Faiq Allahverdiyev ilə birlikdə xidmətdə olan zaman saat saat 21:00da Yevlax şəhəri Q.B.Zakir küçəsində bir nəfər vətəndaşın əlində elektrik naqilləri ilə hərəkət etdiyini görüb həmin vətəndaşa yaxınlaşaraq naqilləri hardan əldə etdiyi soruşduqda həmin vətəndaş naqilləri köhnə xəstəxananın binasından götürdüyünü bildirmişdir. Bundan sonra onlar həmin vətəndaşa xırda talama ilə məsuliyyət daşıdığını bildirdik də, həmin vətəndaş əsassız olaraq səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Onlar həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, vətəndaş öz hərəkətlərinə davam etdiyindən tərəflərindən saxlanılaraq şöbəyə aparılmışdır və barəsində protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında bildirmişdir ki, evlidir, himayəsində üç azyaşlı övladı var və Yevlax şəhərində kirayədə yaşayır. 24 may 2021-ci il tarixdə Yevlax şəhərində yerləşən köhnə xəstəxanadan 5-6 ədəd 4 metr uzunluğunda naqilləri kəsib evinə aparmaq istəmişdir. bu zaman polis əməkdaşları ona yaxınlaşıb naqilləri hardan aldığını soruşmuşdur. Bu zaman əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X3 çıxış edərək bildirmişdir ki, o, 24.05.2021-ci il tarixdə post yoldaşı Xəyal Səlimli ilə birlikdə xidmətdə olan zaman saat 21:00-da Yevlax şəhəri Q.B.Zakir küçəsində bir nəfər vətəndaşın əlində elektrik naqilləri ilə hərəkət etdiyini görüb həmin vətəndaşa yaxınlaşaraq naqilləri hardan əldə etdiyi soruşduqda həmin vətəndaş naqilləri köhnə xəstəxananın binasından götürdüyünü bildirmişdir. Bundan sonra onlar həmin vətəndaşı polis şöbəsinə aparmaq istədiklərini bildirdik də, həmin vətəndaş əsassız olaraq səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Onlar həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, vətəndaş öz hərəkətlərinə davam etdiyindən tərəflərindən saxlanılaraq şöbəyə aparılmışdır və barəsində protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 24 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 may 2021-ci il tarixdə saat 21:00-da Yevlax şəhəri Q.B.Zakir küçəsində ucadan nalayiq ifadələr əşlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 24 may 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 24 may 2021-ci il tarixdə saat 21:10-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadələri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 24 may 2021-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar