Məhkəmə qərarları › İş №3(039)-461/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-461/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-461/2024 04.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli, EQ 900795 saylı protokolu əsasında qəbul olunmuş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, EQ 900795 saylı inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş xx.xx.2019-cu il tarixli qərardan şkayət vermişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X2 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə şikayət vermiş şəxs X1 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində qərar və protkol tərtib edilmişdir. Protkolda qeyd edilən «Mercedes Benz E220» minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili 16 sentyabr 2008-ci il tarixdən 16 sentyabr 2018-ci il tarixədək qüvvədə olan baş etibarnamə əsasında X3 adına rəsmiləşdirərək faktiki alqı-satqı etmişdir. Sözügedən minik avtomobilinin onun adından çıxarılaraq Aslan Novruzovun adına rəsmiləşdirilməsi barədə razılaşsalar da, Aslan Novruzov avtomobili öz adına rəsmiləşdirməmiş, əksinə etibarnamənin qüvvədə olmasından istifadə edərək avtomobili onun (şikayətçinin) adından idarə etmiş, hətta avtomobilin üçüncü şəxslər tərəfindən idarə edilməsinə də razılıq vermişdir. X5 ona verilən etibarnamənin müddəti bitməsinə baxmayaraq «Mercedes Benz E-220» minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə davam etmiş və etibarnamə verildiyi tarixdən etibarən müxtəlif vaxtlarda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini ciddi şəkildə pozaraq iqzibati xəta törətmişdir. Nəticə etibarı ilə sözügedən avtomobil Aslan Novruzov və yaxud da digər şəxslər tərəfindən idarə edilməsinə baxmayaraq onun (şikayətçinin) barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə, saat 21:11-də EQ 900795 nömrəli protkol ilə İXM-nin 328.1-ci maddəsi ilə barəsində 10 (on) manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Elektron sistem avtomobilin onun (şikayətçi) tərəfindən idarə edildiyini hesab etmiş, nəticədə barəsində əsassız və qanunsuz qərar və protkol tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixdə yaranmış anlaşılmamazlığı aradan qaldırmaq, eləcə də barəsində qərar və protkol əsasında əsassız və qanunsuz olaraq tətbiq edilmiş cərimələrin ləğv edilməsini Azərbaycan Respublikası DİN BDYPİ-ə rəsmi qaydada müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamışdır Daha sonra xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə Azərbaycan Respublikası DİN BDYPİ-ə rəsmi qaydada müraciət edərək «Mercedes Benz E-220» minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin X5, eləcə də digər üçücnü şəxslər tərəfindən idarə olunduğunu, ba səbəbdən onun (şikayətçinin) adına tətbiq edilmiş qərarların və protokolların ondarın adına yönləndirilməsini xahiş etmişdir Lakin Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qərardan şikayət barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs tərəfindən həmin qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilə bilər. Barəsində inzibati tənbeh vermə haqqında elektron qərarları Azərbaycan Respublikası DİN BDYPİ-dən xx.xx.2024-cü il tarixdə almışdır. Hesab edir ki, barəisndə inzibati xətaya görə tətbiq edilmiş qərar və protokol tamamilə əsassızdır, bu səbəbdən həmin qərar ləğv edilməli və protkol üzrə inzibati işin icraatına xitam verilməlidir. Şikayətçi qeyd edilənlərin nəzərə alınaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə barəsində əsassız olaraq tərtib edilmiş qərarın ləğv edilməsini və EQ 900795 saylı protkol üzrə inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixli, ƏN İİ 471444 saylı etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan Mercedes Benz E-220» minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16 sentyabr 2008-ci il tarixdən 16 sentyabr 2018-ci il tarixədək X4 (nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi) etibar etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində EQ 900795 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2019-cu il tarixli qərara əsasən 10 (on) manat məbləğində cərimə edilmişdir. İşdə olan X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-ə ünvanlanmışxx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Bakir Məmmədəliyev «Mercedes Benz E-220» minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11 il əvvəl satdığını, nəqliyyat vaitəsinin etibarnaməsiz idarə olunduğunu, lakin buna baxmayaraq cərimələrin ona (şikayətçiyə) tətbiq edildiyini göstərərək həmin nəqliyyat vasitəsinin dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-57.5ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X1 ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan «Mercedes Benz E-220» minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2008-ci il tarixli, ƏN İİ 471444 saylı etibarnamə əsasında 16 sentyabr 2008-ci il tarixdən 16 sentyabr 2018-ci il tarixədək X4 (nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi) etibar etmişdir. Həmin etibarnamənin qüvvədə olma müddəti başa çatdıqdan sonra «Mercedes Benz E-220» minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçiyə qaytarılması, həmin nəqliyyat vasitəsinin 23 mart 2019-cu il tarixdə onun tərəfindən idarə edilməsi və ona istinad olunan İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın həmin tarixdə Bakir Məmmədəliyev tərəfindən törədilməsi müəyyən edilməmişdir. İşdə olan X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-ə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən də müəyyən edilir ki, Bakir Məmmədəliyev «Mercedes Benz E-220» minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11 il əvvəl satması, nəqliyyat vaitəsinə dair verilmiş etibarnamənin qüvvədə olma müddəti bitməsi səbəbindən həmin nəqliyyat vasitəsinin etibarnaməsiz idarə olunması, cərimələrin ona (şikayətçiyə) tətbiq edilməsi barədə Azərbaycan Respublikası DİN BDYPİ-ə məlumat verilmiş və həmin nəqliyyat vasitəsinin saxlanılmasını xahiş edilmişdir. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən tələb olunan sübutlar (inzibati xəta haqqında protokolun, qərarın təsdiq olunmuş surətlərini və baş vermiş inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2019-cu il tarixli, EQ 900795 saylı protokol əsasında qəbul olunmuş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında X2 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X1 barəsində xx.xx.2019-cu il tarixli, EQ 900795 saylı protokol əsasında qəbul olunmuş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin ediməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar