Məhkəmə qərarları › İş №3(039)-462/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-462/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-462/2022 29.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Musazadə Ceyhun Musa oğlunun iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 29.04.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X9 28.02.2022-ci il tarixdə X13 oğlunun Yevlax rayonu Aran qəsəbəsindəki evindən 1 ədəd su nasosu və 1 ədəd televizoru oğurlamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, X9 28.02.2022-ci il tarixdə X7 Yevlax rayonu Aran qəsəbəsindəki evindən 1 ədəd su nasosu və 1 ədəd televizoru oğurlamışdır. X13 oğlunun ərizəsi əsasında Yevlax rayon polis şöbəsində araşdırma aparılmış və törətidilmiş əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edilsə də, X10 məhkəmə prosesində iştirak edə bilmədiyini, dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X9 məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində yaşayır. Maddi vəziyyəti ağır olduğundan 28.02.2022-ci il tarixdə X7 Yevlax rayonu Aran qəsəbəsindəki evindən 1 ədəd su nasosu və 1 ədəd televizoru oğurlamışdır və həmin su nasosu və televizoru satmışdır. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 10 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə X6 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir və onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Yevlax rayon Polis X3 Bölməsinə göndərilmişdir; 29 aprel 2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, X9 29.04.2022-ci il tarixdə saat 11:20-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X9 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X9 inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən saat 11:20-dən hesablansın. X5 vurulmuş ziyana görə 150 (bir yüz əlli) manat məbləğində pul alınıb X8 ödənilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar