Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-465/2020 18.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 17 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 iyul 2020-ci il tarixdə saat 20:40-da Yevlax şəhərində Q.Nəbi küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x5 çıxış edərək bildirmişdir ki, Şəxs 17 iyul 2020-ci il tarixdə saat 20:40-da Yevlax şəhərində Q.Nəbi küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tapşırığını yerinə yetirərkən onların xidmətinə müdaxilə etmişdir. Polis əməkdaşları onu işlərinə müdaxilə etməməyə dəvət etdikdə həmin vətəndaş ucadan səs-küy saldığına görə polis əməkdaşları onu nizam intizamlı olmağa dəvət etmişlər, lakin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, 17 iyul 2020-ci il tarixdə axşam saatlarında tanışı x8 şəhəri Q.Nəbi küçəsində olan zaman mülki geyimdə olan vətəndaşların əvvəllər tanıdığı Xəyal adlı şəxsə yaxınlaşdıqlarını və onunla mübahisə etdiklərini görüb onlar da həmin mülki geyimdəki şəxslərin yanına gələrək nə baş verdiyini soruşmuşdular. Bundan sonra mülki geyimdə olan bir şəxs polis əməkdaşı olduğunu və əməliyyat tədbirinin keçirildiyini bildirərək onlardan müdaxilə etməməyi tələb etmişdir. Lakin onlar Xəyal ilə dostluq münasibətləri olduğundan onun polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə aparılmasına əngəl olmağa çalışmışdılar. Sonradan mülki geyimdə olan polis əməkdaşları onları intizamlı olmağa dəvət etmişlər. Lakin o, əsəbi olduğundan polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində inzibati xətalar məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölüyünün əməliyyət müvəkkili, polis baş leytenantı x4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 17 iyul 2020-ci il tarixdə 20:40 radələrində Yevlax şəhərində Q.Nəbi küçəsində əməliyyat tədbirində iştirak etmişdir. Həmin tədbirdə şübhəli şəxsi saxlayan zaman iki nəfər vətəndaş onlara yaxınlaşaraq maneəçilik törətmək məqsədi ilə səs-küy salmağa başlamışdır. O, həmin vətəndaşlara polis əməkdaşı olduqlarını, onların xidmətinə müdaxilə etməməyə və intizamlı olmağa dəvət etmişdir. Buna baxmayaraq, həmin vətəndaşlar onun qanuni tələblərinə tabe olmamışlar, hərəkətlərinə davam etmişlər və nəticədə onlar tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Həmin şəxslərdən birinin vətəndaş Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 17 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 iyul 2020-ci il tarixdə saat 20:40-da Yevlax şəhərində Q.Nəbi küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölüyünün əməliyyət müvəkkili, polis baş leytenantı x2 17.07.2020-ci il tarixli raportunda göstərilmişdir ki, 17 iyul 2020-ci il tarixdə 20:40 radələrində Yevlax şəhərində Q.Nəbi küçəsində ictimai təhlükəsizlik bölməsinin inspektoru polis kapitanı x6 ilə əməliyyat məlumatı əsasında Yevlax şəhər sakini x1 rayon polis şöbəsinə gətirərkən iki nəfər şəxs onlara maneçilik törədərək işlərinə müdaxilə etməyə başlamışlar. Onlar həmin şəxslərə özlərini təqdim edərək nizam intizamlı olmağa dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələblərinə tabe olmamış, nəticədə onlar tərəfindən saxlanılaraq bölməyə gətirilmişdilər. 17 iyul 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs17 iyul 2020-ci il tarixdə, saat 20:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 17 iyul 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. 17 iyul 2020-ci il tarixdə tutulmuş Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-465/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-465/2020
18.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver