Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-465/2022 04.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Nizami prospekti ev 39A, mənzil 7-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 03 may 2022-ci il tarixdə saat 02:50 radələrində Yevlax şəhəri H.Zərdabi küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 03 may 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Sahil Əzizov və polis nəfəri, polis kiçik serjantı Cahandar Əsgərov birlikdə xidmətdə olan zaman saat təxminən 02:50 radələrində bir nəfər şəxsin Yevlax şəhəri H.Zərdabi küçəsində “Al” marketin yanında yaşayış binalarının qarşısında ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq onu nizam intizama dəvət etmələrinə baxmayaraq həmin şəxs öz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra polis nəfəri, polis kiçik serjantı Cahandar Əsgərov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 03 may 2022-ci il tarixdə saat 02:50 radələrində Yevlax şəhəri H.Zərdabi küçəsində yerləşən “Al” marketin yanında əsəbi halda dostu ilə telefonla danışan zaman polis əməkdaşları ona yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. O, əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda əməlindən səmimi peşmandır. 04 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 04 may 2022-ci il tarixdə saat 04:00-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi) məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati Xətalar Məcəlləsi; Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), hazırkı iş üzrə sonuncunun məsuliyyətini ağırlaşdıran halın (inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi) müəyyən edilməsini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 may 2022-ci il tarixdən saat 04:00-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-465/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-465/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver