Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-465/2024 20.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Yevlax rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonunun Göbəktala kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı Rüstəm Həsənovun 06 may 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməli İXMin 157-ci maddəsi ilə qiymətləndirilmiş, barəsində həmin maddə ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən MN seriyalı ******* nömrəli, 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayonunun Aşağı Qarxun kəndində X3 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax RPŞ-nin İTBnin polis sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri C.Mustafayev keçəsi 106/23 ünvanında yaşayan X2 DİN-in 102 xidmətinə və Yevlax RPŞnə müraciəti əsasında toplanmış HK-1/714 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Lakin.həmin material üzrə Şəxs əməlində olmadığından Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, X3 döyməyib. Məktəbdə işdə olan zaman Məmmədova İradənin bacısının onun anası haqqında nalayiq ifadələr işlətdiyini öyrəndiyini və buna cavab olaraq ona eyni tərzdə cavab verdiyini bildirmişdir. Bundan başqa, Musəvi X7 RPŞ-nin TB-nin təhqiqatçısı Rüstəm Həsənovun 06 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlumatı olmadığını bildirmiş, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. İclas zamanı həmin qərardan narazı olduğunu və şikayət verəcəyini bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə məktəbdə olan zaman söhbət etmək adı ilə digər müəllimələri otaqdan çıxarıb onu döymüşdür. Onun səsinə Ülviyyə və Zeynəb adlı müəllimələr otağa girmiş, baş vermiş mübahisəni görmüş və Şəxs ilə onu ayırmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə materialı araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı Rüstəm Həsənovun 06 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı əsasında tərtib edilmişdir və sözügedən qərardan şikayət verilməsi həmin qərarın qüvvədə qalıb-qalmaması məsələsini qeyrimüəyyən edir. Məhkəmə hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş qərarın mübahisələndirilməsi ehtimalını nəzərə alır və hesab edir ki, hazırda Şəxs həmin protokol əsasında inzibati məsuliyyətə cəlb olunması və əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasının müəyyən edilməsi mümkün deyildir. Bundan əlavə tərəflərin izahatından aydın olur ki, qeyd edilən hadisəyə şahid olan şəxslər - Ülviyyə və Zeynəb adlı müəllimələrin olmasına baxmayaraq təhqiqatçı onların izahatını almamış, iş ətraflı araşdırılmamışdır. Qeyd edilənlər əsasında məhkəmə təqdim edilmiş materialların natamam olması, işə baxılarkən tamamlanmasının mümkün olmaması və bu səbəbdən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş vəzifəli şəxsə qaytarılması qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərardan şikayət vermə müddəti nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İXM-nin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılsın. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-465/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-465/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver