Məhkəmə qərarları › İş №3(039)-466/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-466/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-466/2020 20.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:20-də Yevlax şəhəri Nizami prospektində ucadan ünvansız nəlayiq ifadələr işlətmiş ictimai qaydanı pozmuş onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 14:06 radələrində Yevlax rayonu Qaraməmmədli kənd sakini X4 DİN-nin 102 xidmətinə zəng edərək 050-471-4211 saylı mobil nömrədən zəng edən şəxsin özünü Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanov kimi təqdim etdiyini və onu söyüb təhqir etdiyini bildirmişdir. Daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı ***-***-**-** saylı mobil nömrədən vətəndaş Zahid Ədilova zəng edən şəxsin Yevlax rayonu Qaraməmmədli kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:20 radələrində onun tərəfindən polis şöbəsinə dəvət edilmiş, polis şöbəsinin qarşısında olarkən Yevlax şəhəri Nizami prospektində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, dəfələrlə həmin şəxs polis əməkdaşı tərəfindən nizam-intizama dəvət edilsədə o, poilisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini daha da aqressiv formada davam etmişdir. Bundan sonra o, raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə günorta radələrində ***-***-**-** saylı mobil nömrə ilə həmkəndlim Zahid Ədilova zəng etmiş, özünü Yevlax rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanov kimi tədim edərək onun barəsində şikayət olduğunu bildirmişdir. Məqsədi sadəcə olaraq Zahidlə onunla “Zarafatlaşmaq” imiş. Məsələnin bu həddə çatacağını dərk etməmişdir. X5 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində məlumatla əlaqədar olaraq onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt zahidin bu barədə şikayə etməsi ilə bğlı əsəbi olmuşdur. Ona görə də Yevlax şəhəri Nizami prospektində polis şöbəsinin qarşısında ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı onu sakitləşdirmək istəsə də əsəbi halda olduğuna görə polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis polis leytenantı X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:30-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar