Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-466/2021 29.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Yevlax rayonu Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 28 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28 may 2021-ci il tarixdə saat 21:40-da Yevlax şəhəri Nizami prospektində tibbi maskadan istifadə qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis X6 çıxış edərək bildirmişdir ki, Şəxs 28 may 2021-ci il tarixdə saat 21:40-da Yevlax şəhəri Nizami prospektində tibbi maskasız olduğu üçün polis əməkdaşları ona yaxınlaşaraq maskadan istifadə etməsi üçün profilaktik söhbət apararaq maska taxmasını tələb etmişdilər. Lakin Şəxs polis əməkdaşlarına maska taxmayacağını bildirərək səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 28 may 2021-ci il tarixdə saat 21:40 radələrində Yevlax şəhəri Nizami prospektində olarkən polis əməkdaşaları ona yaxınlaşaraq tibbi maskadan istifadə etməsini bildirmişdilər. O, əsəbləşərək polis əməkdaşları ilə mübahisə etmişdir. Bundan sonra polis əməkdaşları onu nizam-intizama dəvət esələr də o, ucadan səs-küy salmışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyü bölük komandiri, polis kapitanı X4 çıxış edərək bildirmişdir ki, 28 may 2021-ci il tarixdə saat 21:40-da post yoldaşı X8 şəhəri Nizami prospektində 7 nömrəli orta məktəbin qarşısında xidmətdə olarkən iki nəfər vətəndaşın karantin qaydalarını pozaraq tibbi maskasız olduqlarını görüb onlara yaxınlaşaraq maskadan istifadə etmələri üçün profilaktik söhbət apararaq maska taxmalarını tələb etmişdilər. Lakin həmin vətəndaşlar maska taxmayacaqlarını bildirərək səs-küy salaraq onların qanuni tələbinə tabe olmamışdılar. Onlar həmin vətəndaşları nizam-intizama dəvət etmələrinə baxmayaraq vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam etdirdikləri üçün tərəflərindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparmışdılar. Polis şöbəsində həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis X1 bölüyü bölük komandirinin müavini, polis baş leytenantı X5 şahid X2 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşiman olmasını nəzərə alaraq barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 28 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28 may 2021-ci il tarixdə saat 21:40-da Yevlax şəhəri Nizami prospektində tibbi maskadan istifadə qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 28 may 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 28 may 2021-ci il tarixdə saat 22:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və ağırlaşdıran müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 28 may 2021-ci il tarixdən saat 22:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-466/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-466/2021
29.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver